19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

"Qarabağ"dan Olimpiya stadionu açıqlaması

“Qarabağ”ın direktoru Əmrah Çəlikəl klubun Çempionlar Liqasının qrup mərhələsində ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirmək istəməsinin səbəblərini açıqlayıb.
 
Klubun direktoru Əmrah Çəlikəl Qol.az saytına deyib ki, onlar öncədən UEFA-ya Tofiq Bəhramov adına Respublika adına Respublika stadionunu sifariş etsələr də, azarkeşlərin böyük marağını nəzərə alaraq, sonradan Bakı Olimpiya Stadionunu seçiblər: “Artıq bununla əlaqədar UEFA-ya müraciət etmişik. İnanırıq ki, onlardan müsbət cavab alacağıq. Çempionlar Liqasında rəqiblərimizi “Tofiq Bəhramov”da deyil, Olimpiya Stadionunda qəbul edəcəyimiz kimi hazırlaşırıq. Azərbaycan dövləti belə bir nəhəng idman arenası tikərək idmançıların, futbolçuların ixtiyarına verib. Bu arenanı tanıtmaq, dünyaya göstərmək “Qarabağ” klubunun vəzifələrindən biridir”.
 
Ə.Çəlikəl Bakı Olimpya Stadionu rəhbərliyinin onların hər bir müraciətinə həssaslıqla yanaşdığını deyib: “Onlar bizi yaxşı qarşılayıblar. Stadionun oyuna tam hazır olması üçün bizə necə lazımdısa, dəstək olurlar”.
 
“Stadionun ot örtüyündə problemlər olması ilə bağlı məlumatlar var. Bu problemin həlli üçün nə kimi işlər görüləcək” sualına cavab olaraq Əmrah Çəlikəl deyib: “Bununla bağlı ətraflı və dəqiq məlumatı stadionun nümayəndələri özləri verə bilər. Onu deyə bilərəm ki, bu gün həm bizim, həm də stadionunun özünün mütəxəssisləri meydançanın durumunu yoxlayıblar. Bizə söz veriblər və inanırıq ki, “Qarabağ”ın Çempionlar Liqasında ilk ev oyununa kimi meydançanın ot örtüyu ideal vəziyyətə gətiriləcək”.
 
Xatırladaq ki, “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində ilk ev oyununu sentyabrın 27-də “Roma”ya qarşı keçirəcək.

qol.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30