19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

UEFA nümayəndələri "Qarabağ" üçün Bakıya gəlir

UEFA “Qarabağ”ın Çempionlar Liqasının qrupunda ev oyunlarını Bakı Olimpiya Stadionunda (BOS) keçirmək istəyi ilə əlaqədar bu idman arenasında yoxlama aparacaq.
 
Futbolxeber.az saytının məlumatına görə, Ağdam klubunun müraciətinə cavab olaraq, qitənin ali futbol qurumu yaxın günlərdə Bakıya öz nümayəndələrini göndərəcək. Onlar BOS-un Çempionlar Liqasının qrup matçlarını qəbul edib-etməməyə nə dərəcədə hazır olduğunu yoxlayacaqlar. Məhz bundan sonra UEFA “Qarabağ”ın müraciəti ilə bağlı qərar verəcək.
 
Qeyd edək ki, konkret bu məsələyə görə UEFA nümayəndələrinin Bakıya səfərinin vaxtı hələ bilinmir. Amma sentyabrın 11-də qitənin ali futbol qurumunun başqa ekspertlərinin “Avro-2020”nin final mərhələsi ilə əlaqədar Azərbaycana əvvəlcədən nəzərdə tutulan səfəri olacaq. Səfər zamanı onlar Olimpiya Stadionu ilə növbəti dəfə tanış olacaq, özlərinin təklif və tövsiyərini bildirəcəklər. İstisna deyil ki, məhz elə həmin nümayəndələr BOS-un ÇL-in oyununu qəbul etməyə hazır olub-olmaması ilə bağlı UEFA-ya rəylərini bildirsinlər.
 
Xatırladaq ki, Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ” Bakıda ilk oyunu sentyabrın 27-da “Roma”ya qarşı keçirəcək. Ağdam klubu bu matç da daxil olmaqla rəqiblərini Olimpiya Stadionunda qəbul etmək üçün UEFA-ya müraciət edib.

qol.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30