19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

“Sumqayıt” “Neftçi” ilə oyunun hazırlıqlarına start verdi

“Neftçi” ilə oyunun hazırlıqlarına start verildi

3-cü turda “Zirə” ilə qarşılaşmanın ardından 2 günlük istirahətə buraxılan “Sumqayıt” məşqləri bərpa edib.

Futbolxeber.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bu gün saat 19:00-da “Kapital Bank Arena”da məşqə çıxan Samir Abasovun yetirmələri əsasən toplu çalışmalar və taktiki gedişlər üzərində çalışıb.

Xəyal Nəcəfov, Bəhlul Mustafazadə və Ehtiram Şahverdiyev U-21 millinin heyətində olduqları üçün məşq prosesində iştirak etməyiblər. Kapitan Vurğun Hüseynov isə zədəsini tam sağaldaraq, komandaya qoşulub.

Qeyd edək ki, “Sumqayıt” - “Neftçi” qarşılaşması 10 sentyabr tarixində “Kapital Bank Arena”da keçiriləcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30