29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

Dani Kintana: "Qurban Qurbanovun əsəbdən qışqırmağını görmək çox çətindi"

"Qarabağ"ın ispaniyalı futbolçusu Dani Kintana İspaniya mətbuatın müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edirş
 
- "Qarabağ"a necə gəlmişdiniz?
 
- Səudiyyə Ərəbistanda qısa bir karyeradan sonra Azərbaycana gəldim. Ora isə Polşadan getmişdim. Ağdam klubuna gəldiyim vaxtda 6 ay mənim üçün çox çətin keçdi. Çünki burada 6 ay futbol oynaya bilmədim. FİFA qaydalarına görə bir il ərzində 3-cü komandada çıxış edə bilməzdim.
 
- Başqa klublardan təklif almışdınız?
 
- Bir neçə klubdan təklifim var idi. Hamısı əla təkliflər idi. Amma mən düşünməli və uzun müddət qala biləcəyim bir yeri seçməli idim. Bu səbəbdən "Qarabağ"a gəldim. Çünki bu komandanın konkret hədəfləri, məqsədləri var.
 
- Azərbaycan və Avropa mədəniyyəti fərqlidir. Çətinlik olmadı?
 
- Səudiyyə Ərəbistanda oynadığım üçün heç bir problemim olmadı. Çünki mən sadəcə insanam və açıq fikirli biriyəm. Buna görə uyğunlaşdım.
 
- İlk illər necə idi?
 
- Mən bura gəldiyim il komanda çempion oldu. Amma ikinci il uğursuz sayardım. Dizimdən ciddi zədə aldım. Mövsümün ikinci yarısında tamamilə futboldan uzaq düşdüm. Bu çox çətin idi. Ümid edirəm ki, hər şey düzələcək.
 
- 24 ildir ki, öz şəhərindən ayrı düşən bir komandaya başqa şəhərin azarkeşlərin münasibəti necədir?
 
- Azərbaycan və "Qarabağ" adının Avropada eşidilməsinə şadıq. Çünki avrokuboklarda oynayanda bütün ölkə biiz dəstəkləyir. Qarabağ bölgəsində nə baş verdiyini hamıya çatdırmaq lazımdır.
 
- Ağdama gedib klubun köhnə bazasını gəzmək imkanınız olub?
 
- Xeyr. Mən bu bölgəni gəzmək imkanım olmayıb. Bunun çox təhlükəli olduğunu düşünürəm və burada məsləhət görülmür.
 
- Bu hekayəni hər kəsə danışır?
 
- Burada ailələrindən kimlərisə itirən oyunçular var. Müharibədə onlar vəfat ediblər. Bu futbolçular bizimlə tez-tez danışır. Bildirirlər ki, biz "Qarabağ" üçün deyil, bütün xalqımız üçün oynayırıq.
 
- ÇL-in qrup mərhələsi sizin üçün nə deməkdir?
 
- Klub əhəmiyyətli uğurlara nail olmaq üçün illərlə çalışıb. Aydındır ki, bu çətin proses idi. Amma sonunda biz mükafatımızı aldıq. Ölkəyə gəldikdə isə hər kəs bu uğurla qürur duyur.
 
- Rəqibləriniz haqqında nə deyə bilərsiz?
 
- Mən qrupa görə sevinirəm. Çünki biz Çempionlar Liqasında oynayıb təcrübə qazanacağıq və bu bir zövqdür. Belə yüksək səviyyəli komandalara qarşı çıxış etmək möhtəşəm hissdir. Aydındır ki, çox mürəkkəb, çətin matçlar olacaq. Biz asan təslim olmayacağıq. Sona qədər mübarizə aparıb yüksək imic formalaşdırmağa çalışacağıq.
 
- Azərbaycan çempionatının digər ölkələrdən fərqi nədir?
 
- Burada 4 dövrəli 8 komandalı çempionat var. Bu mənfi haldır. Amma çempionatdakı komandalar hamını təəccübləndirəcək gücə qadirdir.
 
- Nəhayət Qurban Qurbanov haqqında...
 
- Açıq fikirləri olan və futbolu yaxşı bilən məşqçidir. Futbolçunu çox yaxşı tanıyır. Daha əvvəl heç vaxt münasibəti olmayan futbolçu ilə necə əlaqə saxlamalı olduğunu biliri. Onu əsəbdən qışqırmağını görmək çox çətindir. Sadəcə uzun illər çalışdığı, çəkdiyi əziyyətin bəhrəsini görüb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31