19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Son oyun uşaqlara güc verdi” - "Kəpəz"in kapitanı

“Neftçi” ilə oyunda əldə etdiyimiz bir xal olsa da, bu xalı qazanmaq bizim üçün çox vacib idi. Çünki bu, bizə inamı qaytaracaq. Psixoloji cəhətdən özümüzə gəlmək, motivasiya qazanmaq üçün xal lazım idi”. 
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözlər “Kəpəz”in kapitanı Şəhriyar Rəhimov klubun rəsmi saytına açıqlamasında deyib.
 
O, heç-heçənin yaxşı nəticə olduğunu bildirib: “Əsas odur ki, uduzmadıq. Çempionata pis başlamışdıq. Ardıcıl iki matçda məğlub olmuşduq, ona görə bizim üçün çətin idi. Amma son oyun uşaqlara güc verdi, toparlanmağı bacardıq” 
 
Rəhimov “Neftçi” ilə oyunun prinsipiallığından da danışıb: “Oyunun digər tərəfdən əhəmiyyətini də yaxşı başa düşürdük. Bilirik ki, “Kəpəz” ilə “Neftçi” arasında əzəli rəqabət var. Uzun illərdir ki, rəqabət davam edir. Səfərdə oynamağımıza baxmayaraq qalib gəlmək istəyirdik. Lakin sonda bir xalla kifayətlənməli olduq”.
 
Kapitan “sarı-göylər”in ilk iki turdakı məğlubiyyətinə şərh verərək səbəblərdən danışıb: “İlk turlarda rəqiblərlə açıq futbol oynadıq və bu, bizə baha başa gəldi. Daim hücumda olub qollar vurmaq istədik, amma çətinliklə üzləşdik. Rəqiblər bizi əks-hücumda tutub istədikləri nəticəni qazandılar. Bu səbəbdən də son matçda qapalı oynamağa çalışdıq. “Neftçi” qol vəziyyətlərini uzaq məsafələrdən zərbələrlə yaradırdı. Davud Kərimi isə mövqeyində inamlı çıxış edib səhvsiz oynadı”.
 
Milli komandaların Dünya Çempionatı-2018-in seçmə mərhələsinin oyunları səbəbdən çempionatda fasilə yaradığından “Kəpəz”in futbolçuları hələlik istirahət edirlər. Yorğunluğu üzərlərindən atmağa çalışan oyunçular məşq prosesində var gücləri ilə tapşırıqları yerinə yetirəcəklər. Şəhriyar Rəhimov da fasilənin komandaya müsbət təsir edəcəyini bildirib: “Növbəti tura kimi vaxtımız var. İndi istirahət edirik, məşqlərə daha gümrah çıxacağıq. Fasilə dövründən yaxşı yararlanıb, çatışmayan cəhətlərimizin üzərində işləyəcəyik. Baş məşqçimiz Şahin Diniyev vəziyyəti təhlil etməklə öz tapşırıqlarını verəcək. Fasilə öncəsi son görüşdə məğlub olmadan istirahətə yollanmağımız da üstünlüyümüzdür. Çünki əhval-ruhiyyəmiz bir az düzəlib. İnşallah, qarşıdakı oyunlarda uğurlu nəticələr qazanmağa davam edəcəyik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30