25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

UEFA Ermənistan klubuna Azərbaycan çempionuna rəqib olmağa imkan vermədi

Futzal üzrə UEFA kubokunun ilk qrup mərhələsinə yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə,  yarışa əsas mərhələdən başlayacaq Azərbaycan çempionu “Araz”ın son iki rəqibi də müəyyənləşib.

Bosniya və Herseqovinanın “Mostar” klubu E qrupunda bütün oyunlarda qalib gələrək təmsilçimizə rəqib olub. Püşkə görə “Araz”la bir qrupda E qrupunun da qalibi oynamalı idi. Lakin məsələ ondadır ki, bu qrupda Ermənistan “Leo Futzal”ı 1-ci yeri tutub. Azərbaycan və Ermənistan komandalarının qarşılaşmalarınə qadağa edən UEFA bu üzdən dəyişiklik edib. Nəticədə “Leo Futzal” V qrupa göndərilib. Əvəzində C qrupunun qalibi, Malta çempionu “Luksol Sent-Endryu” Naxçıvan təmsilçisinə rəqib olub.

Beləliklə, Rumıniyada baş tutacaq VIII qrupun oyunlarında “Araz” yerli “Deva” ilə yanaşı, “Luksol Sent Endryu” (Malta) və “Mostar”la (Bosniya və Herseqovina) qarşılaşacaq. Əsas mərhələnin oyunları oktyabrın 10-15-də keçiriləcək. Qrupda yalnız 1-ci yerin sahibi elit-raunda vəsiqə qazanacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30