19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Rəşad Sadıqov: “Dövlət başçısının mənimlə danışığını dünyalara dəyişmərəm”

Azərbaycan milli komandasının və "Qarabağ"ın kapitanı, eləcə də Ağdam klubunun 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Rəşad Sadıqov Topaz Premyer Liqanın üçüncü turunda "Qəbələ"yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

- Oyunla bağlı nə deyə bilərsən?

- Çətin qarşılaşma oldu. Bu oyunda qələbə qazanmaq bizim üçün çox vacib idi. Sevinirik ki, istəyimizə nail olduq.

- "Qarabağ"ı qəbul etdiyi vaxt Azərbaycan prezidenti İlham Əliyev sənə hələ karyeranı davam etdirməyi məsləhət gördü...

- Dövlət başçısının mənimlə danışığını dünyalara dəyişmərəm. Fikirlərimdə Çempionlar Liqasının qrup mərhələsində oynamaq var idi. Düşünürdüm ki, bəlkə oynayım, karyeramın sonunda oynayım. Prezident mənə o sözləri elə anda dedi ki, sanki ağlımı oxuyurdu, fikirlərimi hiss etmişdi. Onun belə bir söz deməsi çox xoş idi. Baxaq-görək, necə alınacaq.

- Hələ ki gücünüz var?

- Çalışacağıq, əlimdən gələni edəcəyəm ki, oynayım.

- Bir tərəfdən Çempionlar Liqasının qrup mərhələsi, bir tərəfdən də 19 yaşlılardan ibarət komandanın baş məşqçisi kimi UEFA Gənclər Liqası. Hansına üstünlük verəcəksiniz?

- Həqiqətən də çox maraqlı situasiya ilə üzləşmişəm. Heç kim hazırda nələr keçirdiyimi bilmir. Yay ərzində xeyli çalışmışam. Komandamdam tam dəyişib. Ötənilki heyətdən cəmi 3 futbolçu oynada bilərəm. Transferlər üçün danışıqlar aparmışıq. Sağ olsun, "Neftçi" və "İnter" klubları. Köməklik etdilər ki, onların bəzi oyunçularını komandama cəlb edim. Üstəlik, legionerlər də dəvət etmişəm. Bir neçəsi ilə danışıqlar gedir. Çalışacağıq ki, Gənclər Liqasında yaxşı nəticələr göstərək. Amma elə alındı ki, turnirdə Gənclər Liqasında son iki mövsümün qalibi İngiltərənin "Çelsi" klubuna qarşı oynayası olacağam. Bu, futbolçularımız üçün yaxşı təcrübə olacaq. Çoxu milli komandanın üzvüdür. Cəmi 2 ay sonra seçmə mərhələdə oynayacaqlar. Bu, onlar üçün yaxşı təcrübə olacaq. Çalışacağıq ki, əlimizdən gəldiyi qədər ölkəmizi yaxşı təmsil edək.

- Bəs "Qarabağ"ın düşdüyü qrupu necə dəyərləndirirsən?

- Çox sevinirəm ki, Azərbaycana belə böyük komandalar gələcəklər. Hamımız üçün böyük bayram olacaq. Bəlkə də başqa qrupa düşə bilərdik. Amma belə 3 böyük kluba qarşı oynamaq həm "Qarabağ"ımız üçün, həm tanıtım, həm də dünyanın bizdən danışması baxımından gözəl fürsətdir. Düzdür, qrupa düşmüşük, amma bunu içimizdə həddən artıq şişirtmir, böyütmürük. Bizim üçün böyük nəticədir. Neçə ildir buna doğru gedirdik, çox sevinirik. Amma çalışırıq ki, unudaq. Bu gün "Qəbələ" ilə matçda meydanda 90 dəqiqə mübarizə aparan, əlindən gələni edən komanda var idi. O cür oyundan sonra çempionat matçına yönəlmək asan deyildi. Amma sevinirəm ki, komanda şəklində bunu bacardıq. Bəzi futbolçular istirahət edəcəklər. Amma çoxumuz millinin düşərgəsinə gedirik. Norveç və San Marino ilə 2 vacib oyunumuz var. Daha sonra Çempionlar Liqasını düşünəcəyik.

- Azərbaycan millisinə 9 futbolçunuz dəvət alıb. Bu, Çempionlar Liqasından əvvəl "Qarabağ" üçün stimul sayıla bilər?

- Təkcə əsas yox, 21 yaşadək futbolçulardan ibarət yığmaya da gedən üzvlərimiz var. Eyni zamanda, Ansi Aqolli Albaniya, İbrahim Şehiç Bosniya və Herseqovina millisinə çağırılıb. Bizim üçün çox çətin dövr olacaq. Demək olar ki, istirahətə vaxtımız olmayacaq. Millinin düşərgəsindən qayıdan kimi Premyer Liqa və İngiltərədə "Çelsi" ilə səfər matçımız olacaq. Çempionlar Liqasının qrupunda oynamaq bizim üçün yeni təcrübə olacaq. Əlimizdən gələni edəcəyik ki, oyunlara yüksək hazırlıq səviyyəsində olaq.

- Oyunun axırlarında azarkeşlə nə söhbət edirdiniz?

- Məni "Qəbələ" azarkeşi çağırdı. "Biz sizə azarkeşlik edirik. Sizi Çempionlar Liqasında sonadək dəstəkləyəcəyik" dedi. Ona minnətdarlığımı bildirdim. Çempionatın favoritlərinin biri olan rəqib komanda azarkeşlərindən bu cür sözləri eşitmək mənim üçün həqiqətən də qürurverici, çox sevindiricidir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30