20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

“Məğlubiyyət gözlənilməz oldu”

"Sumqayıt"ın kapitanı Rail Məlikov Topaz Premyer Liqasının üçüncü turunda “Zirə”yə 1:3 hesabı ilə uduzduqları oyundan sonra Futbolxeber.az saytına müsahibə verib:

- Mövsümə qələbə ilə başlayan “Sumqayıt” ardıcıl ikinci görüşündə uduzdu...

- Birinci hissədəki oyunumuza baxanda məğlubiyyət gözlənilməz oldu. İlk yarıdakı oyunu fasilədən sonra göstərə bilmədik. Halbuki birinci hissə tam üstün futbol göstərdik. İkinci hissə daha da artırıb qol vurmaq istəyirdik ki, əvəzində rəqib ardıcıl fərqləndi. Səhvlər bizim qapıya qollarla nəticələndi. İki qoldan sonra komandamız "sındı". Buna baxmayaraq, hücumameyilli oynayaraq uğurlu nəticə qazanmaq istədik, alınmadı. "Zirə" ilə evdə oyunumuz olacaq. İnşallah bu məğlubiyyətin əvəzini çıxacağıq.

- Məğlubiyyəti fərdi səhvlərlə əlaqələndirmək olar?

- Uduzmuşuqsa, məğlubiyyəti kiminsə boynuna atmaq istəmərəm. Bir nəfər səhv edirsə, başqası onu düzəltməlidi. Səhvi düzəltmək mümkün olmursa, demək hamımızın səhvi var.

- Samir Abasov oyundan sonra çox əsəbi görünürdü. Paltardəyişmə otağına sizə nə dedi?

- Uduzmuşuqsa, razı qalmayıb, əsəbləşməlidi. Çünki gözlənilmədən uduzduq. Samir Abasov verdiyi tapşırıqları yerinə yetirə bilmədiyimizə görə əsəbləşdi.

- “Sumqayıt”ın maksimum gücü budu?

- Xeyr, biz komandanı qaldıracağıq. Çalışacağıq ki, bu çətinliyi geridə qoyaq. Komandamız buna qadirdi.

- Qarşıdakı turda "Neftçi” ilə qarşılaşacaqsınız. Uğursuzluğa son qoymaq mümkü olacaq?

- Evdə oynayacağıq. Buna görə də azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik. Ardıcıl iki yenilgidən sonra həmin matçda uğur qazanacağımıza inanıram. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30