20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Samir Abasov: “Uduzmağımıza baxmayaraq, oyundan o qədər də narazı deyiləm”

Topaz Premyer Liqasının III turunda “Sumqayıt” səfərdə “Zirə”yə 1:3 hesabı ilə uduzub. Futbolxeber.az saytının məlumatına görə, oyunsonrası mətbuat konfransında “Sumqayıt”ın çalışdırıcısı yenilgini belə şərh edib:

“Pis oynamırdıq. Birinci hissədə oyuna nəzarət bizim tərəfimizdə idi. Düünürdük ki, ikinci hissədə daha yaxşı çıxış edəcəyik. Əfsuslar olsun ki, buraxdığımız qoldan sonra rəqib bizi əks-hücumda yaxaladı. Uduzmağımıza baxmayaraq, oyundan o qədər də narazı deyiləm. Böyük problem görmürəm. Düşünürəm ki, oyunumuzu zamanla tapacağıq. Çünki yaxşı komandamız var”.

- Bugünkü oyunda qapıçı dəyişikliyi nə ilə bağlı idi?

- Mehdi Cənnətova da şans vermək lazımdır. Çünki sabah Fərhad Əliyev zədə ala bilər. Bugünkü yenilgiyə görə qapıçını günahlandırmaq olmaz. Komandamız oyununu tapa bilmirik. Bunu oyunçuların keyfiyyəti ilə əlaqələndirməzdim.

- Əsasnaməyə görə, protokola 23 futbolçunun adını daxil edə bilərsiniz. Amma siz yenə də matçın iştirak ərizəsində 18 nəfəri qeyd edirsiz...

- Olan futbolçumuz budur. Əvəzedicidən oyunçuları gətirib yalandan ehtiyatda oturmağın mənası yoxdu. Futbolçu baxımından problem çəkmirik.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30