20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Svanadze yaxşı oynamadıqlarını etiraf etdi

Topaz Premyer Liqasının III turu çərçivəsində "İnter"in baş məşqçisi olan Zaur Svanadze "Səbail"ə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib.

Futbolxeber.az xəbər verir ki, gürcü mütəxəssis jurnalistlərins suallarını cavablandırıb.

- Vacib 3 xal qazandıq. Etirraf edim ki, yaxşı oynamadıq. 3 ildir bu komandadaym. Heç vaxt belə pis oyun oynamamışdıq. Amma bunun da səbəbləri var. Nizami, Elnur, Pərdis zədəli halda meydana çıxmışdılar. Sonadək oynadıqlarına görə onlara təşəkkür edirəm. Tərlan Quliyevin qovulması isə vəziyyətimizi daha da ağırlaşdırdı.Komanda 3 günlük istirahətə buraxılacaq. Ümid edirəm ki, sentyabrın 9-dakı oyunadək bütün zədəli futbolçular sağalacaq. Yeri gəlmişkən, "Qarabağ"ı Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması münasibətilə də təbrik edirəm. Elə böyük komandaları Bakıda görmək sadəcə, fantastikadı.

- Nizaminin təkcə zədəli olması yox, həm də artıq çəkisi hiss olunurdu.

- Bəli, düzgün vurğuladız. 10 gündür ki, zədəli idi, müalicə olunurdu. Nizamidən başqa da bir neçə futbolçunun artıq çəkisi var.

- Komanda pulsuzluqdan əziyyət çəkir futbolçuların isə artıq çəkisi var. Bu nə ilə bağlıdır?

- Bu sadəcə futbolçuların fizioloji quruluşu ilə bağlıdır.

- Tərlan Quliyevin qaydanı pozduğu hər iki epizod gözünüzün qarşısında oldu. Sizcə, bu epizodlarda sarı vərəqə haqlı qərar idi?

- Buna hakim qərar verir. Hakimliyi heç vaxt müzakirə etmirik. Onların da işi bizim kimi çətindir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30