20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Qurban Qurbanov: “Aprel döyüşlərindən sonra “Qarabağ”da əlavə bir ruh yarandı”

“Cənab Prezident, mən də Sizi bütün komandanın adından salamlayıram. Çox şadıq ki, bu komanda ilə, bu kollektivlə ikinci dəfə Sizin görüşünüzdə olduq, bizi buraya dəvət etdiniz”.

Futbolxeber.az saytının “Azərtac”a istinadən verdiyi məlumata görə, bu sözləri ölkə prezidenti İlham Əliyevlə görüşündə “Qarabağ”ın baş məşqisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis dövlət başçısımın idmana göstərdiyi qayğıdan şad olduğunu bildirib:  

“Həqiqətən keçən ilin aprel döyüşlərindən sonra bu komandada əlavə bir ruh yarandı. Bizim bütün legionerlərimiz bir daha Qarabağı daha yaxından tanıdılar. Bu, həqiqətən futbolçular üçün böyük ruh yüksəkliyi oldu. Onlar bizim azərbaycanlıların, bizim dövlətimizin mərdliyini gördülər. Düşünürəm ki, bu, bizim builki uğurlarımızda çox böyük bir addım oldu. Bizim üzərimizə düşən budur. Əsgərlərimiz gedib cəbhədə bizi qoruyurlar. Bizim üzərimizə düşən vəzifə onlarınkından daha asandır. Biz də çalışırıq ki, öz vəzifəmizi ləyaqətlə yerinə yetirək.

Əlbəttə, qeyd etdiyiniz kimi, idmanın demək olar bütün növlərində bizim uğurlarımız var idi. Biz nə qədər desəydik ki, Avroliqada oynayırıq, bu, az idi. Amma Çempionlar Liqasının bu turniri çox böyük turnirdir. Dünyanın ən güclü komandaları bu turnirdə iştirak edirlər. Onların hər birinin Bakıya gəlmək şansı var. Mən çox şadam ki, Siz futbola, ümumiyyətlə, idmana bu cür dəstək göstərirsiniz. İstəyirsiniz ki, bizim futbolumuz daha da inkişaf etsin. O klubların buraya gəlməsinə və belə bir böyük turnirdə Azərbaycanın adının çəkilməsinə görə çox şadam. Azarkeşlərimiz, bütün qarabağlılar, köçkünlərimiz - dünən şəhərdə hər şey o dərəcədə idi ki, bu, bizim məsuliyyətimizi daha da artırdı. Düşünürəm ki, biz bundan sonra daha çox çalışmalıyıq, daha məsuliyyətli olmalıyıq. Biz bacardığımız qədər, hətta bacardığımızdan da artıq çalışacağıq ki, başda Siz olmaqla futbolumuz ildən-ilə daha da irəli getsin. Bir daha Sizə təşəkkür edirəm. Hər şeyə görə çox sağ olun. Dəvətinizə görə sağ olun”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30