20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

"Neftçi"dən "90-cı illərə dönüş"

"Neftçi” "Kəpəz”lə qarşılaşmaya yeni geyim dəstində çıxacaq.

Futbolxeber.az saytının məlumatına görə, klubun texniki tərəfdaşı olan "Kappa” tərəfindən hazırlanmış formanın dizaynı xüsusi konseptə uyğun seçilib. Üslub klubun unikal tarixini özündə əks etdirir və "90-cı illərə dönüş” adlanır.

1997-ci ildə klubun emblemi dəyişdiriləndən sonra "Neftçi” bir neçə mövsüm ərzində sarı-qara rəngli formada çıxış etdi. 1999-cu ildə komanda mərhum Əhməd Ələsgərovun rəhbərliyi altında Azərbaycan kubokunun finalında "Şəmkir”i məğlub edib bu titula yiyələndi. "Neftçi” tarixinin ən böyükhesablı qələbəsi – Qusar "Şahdağ”ı üzərində qazanılan 11:0 hesablı qalibiyyət də məhz bu ildə qeydə alınıb. 2017/18 mövsümündə "Neftçi”nin istifadə edəcəyi 3-сü – alternativ – sarı-qara forma da rəngləri və dizaynı ilə həmin mövsüm komandanın geyindiyi əsas oyun dəstlərini xatırladır.

Bu formadan komandamız əsasən ölkə kuboku oyunlarında yararlanacaq. Debüt isə artıq sabah – 90-cı illərdə "Neftçi” ilə birgə hər mövsüm çempionluq mübarizəsi verən "Kəpəz”lə əzəli qarşıdurmada reallaşacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30