28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Aqil Abbas: “Bu, Qurbanın Allahverdi Bağırovun ruhuna hədiyyəsidir”

“Bu, Qurbanın Allahverdi Bağırovun ruhuna hədiyyəsidir. “Beşiktaş” futbolçuları Çanaqqalada şəhid oldular. “Qarabağ”ın da xeyli futbolçusu Qarabağ savaşında şəhid olub. Allahverdi Bağırov, Eldar Bağırov, General Ərşad, Nizami həkim, Fred Asif və başqaları. “Qarabağ”ın bu uğuru bütün şəhidlərimizin ruhuna hədiyyə oldu”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri qol.az-a açıqlamasında millət vəkili Aqil Abbas deyib.

O, Ağdam klubunun Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmasına münasibət bildirib: “İmarət Ağdamda ən müqəddəs yerdir. Qurbana İmarətin girişində heykəl qoymaq boynumuzun borcu olsun. İmarətdə “Qarabağ”ı görəcəyik, Qurbanın rəhbərliyi ilə.

Bütün millətimizi təbrik edirəm. Bu, təkcə ağdamlıların, qarabağlıların qələbəsi deyil, bütün Azərbaycanın qələbəsidir. Bu, təkcə “Qarabağ” futbolçularının yox, bütün Azərbaycan futbolçularının qələbəsidir. Var ol Qurban. Sənin o göz yaşlarından öpürəm. Bu dünya sənin göz yaşlarına dəyməz.

Mən demişdim ki, “Qarabağ” Danimarkaya 10 milyon insanın sevinci ilə gedib, yaxşı nəticə qazanacaq. Klub rəhbərliyini, Tahir bəyi, Əmrah bəyi, Rəşad başda olmaqla bütün futbolçuları təbrik edirəm. Efranı təbrik edirəm, əl çəkin bu Əfrandan. Allah hamınızı qorusun”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31