20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Ramin Musayev: “Bu uğur tək “Qarabağ”ın deyil”

"Bütün futbolsevərləri, Azərbaycan xalqını təbrik edirəm. “Qarabağ” tarixi bir uğura imza atdı. Sevindirici haldır ki, 23 avqust bizim üçün ağır bir gün sayılırdı. Amma bu dəfə unudulmaz oldu”.

Futbolxeber.az saytının məlumatına görə, bunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.

O, “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsi ilə bağlı fikirlərini açıqlayıb. Komandanı Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılamağa gələn Musayev sevincini jurnalistlərlə bölüb: “Bu uğur tək “Qarabağ”ın deyil. Qələbədə hər bir futbolsevərin, jurnalistin də əməyi var. Bunu hamımız qazanmışıq. Növbəti ildən Çempionlar Liqasında reqlament dəyişəcək. Tam başqa formatda keçiriləcək. Yəqin ki, həmin vaxtda da uğura nail olarıq. Ancaq ona vaxt, daha böyük büdcə lazımdı”.

O, bu gün keçiriləcək püşkatmada Ağdam klubuna hansı rəqibin düşəcəyinin fərq etməyəcəyini də deyib: “Bakıya hansı komandanın gələcəyi fərq etməyəcək. Artıq kimdənsə qorxmuruq. Əsas odu ki, artıq bu günü də yaşadıq. Bu, böyük bir sevincdi”.

Qeyd edək ki, “Qarabağ” pley-off mərhələsində Danimarkanın “Kopenhagen” klubunu mübarizədən kənarlaşdırıb (futbol11.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30