20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Qurban Qurbanov: "Keçirdiyim hisləri sözlə ifadə edə bilmirəm"

Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində səfərdə “Kopenhagen”dən sərfəli nəticə ilə qayıdaraq qrup mərhələsinə yüksələn  "Qarabağ" Bakıda azarkeşlər tərəfindən böyük izdihamla qarşılanıb. Futbolxeber.az saytının məlumatına görə, komandanın baş məşqçisi Qurban Qurbanov hava limanında jurnalistlərin suallarını cavablandırıb.

- Qələbə təəssüratlarınız necədir və hər qoldan sonra hansı hissləri keçirirdiniz?

- Çox sağ olun, hamınızı - azarkeşlərizimi, xalqımızı təbrik edirəm. Çətin oyun idi. Məğlub olsaq da, istəyimizə çatdıq. Belə oyunlar bizə ancaq fayda verir. İlk dəfə idi ki, Çempionlar Liqasının pley-off mərhələsində mübarizə aparırdıq. Allaha şükürlər olsun ki, hər şey bizim tərəfimizdə oldu. Hər qoldan sonra keçirdiyim hisləri isə sözlə ifadə edə bilmərəm. Bu, başqa hislərdir. Belə hallar olur.

- Sizi ilk təbrik edən kim oldu?

- Artıq yadımda deyil (gülür).

- Oyundan sonra sizi kimi bütün ölkəmiz sevinc göz yaşlarına doldu...

- Oldu... Normaldır. İşimizdə belə hadisələr olur.

- İbrahim Şehiçin səhvindən sonra nə düşünürdünüz?

- Heç bir şey. Səhvsiz futbol olmur. Qollar səhvlərdən vurulur. Normal düşünürdüm.

- Qrup mərhələsində hansı rəqibləri arzu edirsiniz?

- İnşallah hansı komandalar düşsə, oynayacağıq.

 - Azərbaycan xalqı bu gecə yatmayıb. Azarkeşlərə sözünüz nədir?

- Hər kəsə təşəkkür edirəm. Bu qələbə ölkəmizdə futbolu daha da sevdirdi. Azarkeşlər çox sevindilər. Ölkədə futbola maraq daha da artacaq. Biz futbolu onlar üçün oynayırıq. Bu oyun bizim birliyimiz üçün çox vacib oldu (sportal.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30