29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

8 pillə irəli: “Qarabağ” “Milan”ı da arxada qoydu

Çempionlar Liqasının pley-off mərhələsindən sonra klubların UEFA reytinqi açıqlanıb.

Futbolxeber.az saytının məlumatına görə, son 5 mövsümün nəticələrinin əksini tapdığı siyahıda Azərbaycan təmsilçiləri də var.

Ölkəmizin ən yaxşısı “Qarabağ”dı. Danimarka “Kopenhagen”ini keçən Ağdam klubu xal hesabını 18,500-ə çatdırıb.

Söhbət yeni hesablama metodu ilə yığılan xallardan gedir. 2018-ci ilin yayına qədər olan dövrdə klub reytinqi köhnə, sonrakı vaxtda isə yeni prinsiplə hesablanacaq. Lakin indiki mövsümün nəticələri qarşıdakı illərdə istifadə olunacaq. Bu üzdən elə indiki reytinq də yeni metodla hesablanır. Düzdü, bəzi mənbələr hələ də köhnə qayda ilə hesablama aparır.

Lakin yeni üsulla hesablamada 18,500 xalı olan Ağdam təmsilçisi Avropada 67-cidi. Bir həftə əvvəl 75-ci olan “Qarabağ” 8 pillə irəliləyib.

Qurban Qurbanovun yetirmələri “Betis”, “Real-Sosyedad”, BATE, “Trabzonspor”, “Yanq Boyz”, “Milan”, Zaqreb “Dinamo”su və “Slovan”ı arxada qoyub.

Qeyd edək ki, digər Azərbaycan klublarından “Qəbələ” (5,250 xal) 173-cü, “Neftçi”, “Kəpəz”, “Xəzər Lənkəran”, “İnter” və “Zirə” (hamısı 3,725) 241-ci pillədə qərarlaşıb.


apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31