19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

"Marka" qəzeti: “Qarabağ”ın oyun tərzi “Barselona”ya bənzəyir"

İspaniyanın məşhur “Marka” qəzeti Çempionlar Liqasında ölkəmizi təmsil edən “Qarabağ”la bağlı yazı hazırlayıb. 
Futbolxeber.az saytının məlumatına görə, yazıda Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovla yanaşı, bu komandanın ispan futboçusu Miçel və onun həmyerlisi olan məşqçi Ruben Sellesin fikirlərinə də yer verilib.
 
Məqalədə “Qarabağ”ın təmsil etdiyi Ağdam şəhərinin ermənilər tərəfindən işğal edilməsi üzündən komandanın uzun müddətdi doğma “İmarət” stadionunda oynamadığı qeyd edilib. Azərbaycan çempionunun son illərdə qazandığı uğurlarla müharibənin acısını yaşamış və Ağdamdan ayrı düşmüş insanlara təsəlli olduğu bildirilib. Miçel qəzetə açıqlamasında deyib: "Biz öz uğurlarımızla bütün bu insanları sevindirməliyik".
 
“Qarabağ”ın uğurlarında komandanın baş məşqçisi rolu, onun 8 ildi komandanın “sükanı arxasında” olduğu da qeyd edilib. “Köhlən atlar”ın oyun tərzi barədə də bəhs edilib. Belə ki, yazıda “Qarabağ”ın oyun tərzinin “Barselona”ya bənzədiyi, buna görə, bu komandanın “Qafqazın “Barselona”sı” adlandırıldığı vurğulanıb.
 
Miçel komandanın oyun tərzi barədə “Bu günə kimi bir çox komandada oynamışam, lakin heç vaxt özümü burdakı kimi hiss etməmişəm. Mənə burda çalışmaq çox xoşdu. Qvardiolanın necə işlədiyini öyrəndim” deyib.
 
Xatırladaq ki, iki gün öncə də “Marka”da “Qarabağ” barədə yazı çıxmışdı. Separatçı ölkələri təmsil edən klublar barədə yazıda Ağdam klubunun Dağlıq Qarabağda ermənilər tərəfindən yaradılmış qondarma respublikanın təmsilçisi kimi göstərilmişdi. Klubun həmin yazıya görə “Marka”ya göndərdiyi etiraz məktubundan sonra səhv düzəldilmişdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30