19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Şeydayev "Jilina"dan ayrılır

Milli komandamızın hücumçusu Ramil Şeydayev Slovakiyanın "Jilina" klubundan ayrılır.

Futbolxeber.az saytının məlumatına görə,  forvard daha çox oyun praktikası qazanmaq üçün özünə yeni klub axtarır.

İnformasiyanı dəqiqləşdirmək üçün "Jilina"nın baş məşqçisi Adrian Gulaya müraciət etdik. Mütəxəssis məlumatı təsdiqləməklə yanaşı sualımızı bu cür cavablandırdı: "Ramilin əvəzedici heyətdə oynaması cəza ilə əlaqədar deyil. Sadəcə, biz onunla icarə müqaviləsinə xitam vermək istəyirik. Çünki futbolçunun daha çox oynamağa ehtiyacı var. Hazırda məxsus olduğu "Trabzonspor"la danışıqlar aparır. Özünə yeni klub tapmalıdır".

Əldə etdiyimiz məlumata görə isə Şeydayev üçün klub axtarışını "Trabzonspor" rəhbərliyi də davam etdirir. Yaxın günlərdə futbolçunun gələcək taleyi bəlli olacaq. O, karyerasını Azərbaycanda da davam etdirə bilər.


sport24.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30