19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Qəbələdə həyəcan siqnalı

Elxan Abdullayevin artıq ikinci turda “İstefa” şüarlarına “qonaq edilməsi” nə qədər sürpriz idisə, Roman Qriqorçukunun da hakimlərdən narazılığını artıq ikinci oyunda dilə gətirməsi gözlənilməz oldu. Amma hər iki tərəf narazılıq etməkdə haqlıdır. “Forza Neftçi”nin hələ ötən mövsümdən tələb etdiyi istefa nəhayət ki, bu gün reallaşdı. Gəldiyi gündən komandanı düşdüyü çətin vəziyyətdən çıxara bilməyən Abdullayev daha “Neftçi”nin baş məşqçisi deyil. O artıq başqa söhbətin mövzusudur ki, “Neftçi”nin problemi təkcə baş məşqçi dəyişikliyi ilə həll olunan deyil...

Adətən Azərbaycanda çalışan məşqçilər qalib gəldikləri oyundan sonra hakimləri tənqid etmirlər. Hətta haqlı olsalar belə, “onsuz da qələbə qazanmışam” düşünürək narazılıqları dilə gətirməkdən çəkinirlər. Amma dünən “Qəbələ” - “Sumqayıt” (1:0) oyunundan sonra meydan sahiblərinin baş məşqçisi Roman Qriqorçuk Əliyar Ağayevi tənqid atəşinə tutdu. Bunda təcrübəli həmkarımız Ceyhun Əliyevin də rolu danılmazdır. Çünki ukraynalı mütəxəssis özü də etiraf etdi ki, hakimliklə bağlı sual verilməsəydi, bu haqda danışmayacaqdı.

Sitat: “Adətən oyunlarda hakimlərlə o zaman danışırlar ki, həmin matçda penalti təyin olunur-olunmur, kiməsə qırmızı vərəqə verilir-verilmir. Bugünkü oyunda hakim idarəçiliyindən qətiyyən razı qalmadım. Bir neçə epizodda futbolçularımıza qarşı aşkar kobudluq oldu. Hakim rəqibin ən azı bir futbolçusuna qırmızı, 3 futbolçuya isə sarı vərəqə verməli idi. Belə olduğu halda bütün komandalar daha ehtiyatlı oynamağa çalışırlar. Ancaq inanaq ki, ikinci turdu, çempionatın əvvəlidi, vəziyyət düzələr”.

Qriqorçuk vəziyyətin dəyişəcəyinə ümid etsə də, biz onun qədər optimist deyilik. Çünki ölkənin 1 nömrəli hakimi gözünün qarşısında dirsəklə endirilən zərbəni görmürsə, burda turun, neçənci oyunun olmasının nə fərqi var ki?

Bəli, Əliyar Ağayev dünən bir neçə kobud səhvlə yadda qaldı. Və əksər “səhvlər” məhz “Qəbələ”yə qarşı idi.

İkinci tur olsa da, dünən Qəbələdə baş verənlər həyəcan siqnalıdır. Çünki artıq növbəti turda son illərin 1 nömrəli qarşıdurmasına - “Qarabağ” - “Qəbələ” matçına şahidlik edəcəyik. Vacib oyundan öncə və sonra hakimliyin müzakirə mövzusu olmasını heç kim istəməz. Odur ki, Xaqani Məmmədov indidən bu məsələyə ciddi yanaşmalıdı. Dünən Qəbələdə baş verənlər avqustun 26-da təkrarlansa, növbəti qalmaqalın əsası qoyulacaq ki, bu da arzulanan deyil. Azərbaycanın 2 ən güclü klubunun oyununda azarkeşlərin istəyi baxımlı qarşılaşmaya şahidlik etməkdir. Oyundan sonrakı “şou”ya yox...

İBRAHİM




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30