19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Qarabağ” Qurbanovla 400-ə çatdı

Azərbaycan Premyer Liqasının II turu “Qarabağ” və baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub.

Futbolxever.az saytının məlumatına görə, Ağdam təmsilçisi təcrübəli mütəxəssisin rəhbərliyi altında 400-cü oyununu keçirib.

“İnter”i 1:0 hesabı ilə məğlub edən əyalət klubu bu yubileyi 3 xalla qeyd edib.

2008-ci ilin yayında “Qarabağ”ın “sükanı arxasına” keçən 45 yaşlı çalışdırıcı 9 ildə komandasını Premyer Liqa, Azərbaycan kuboku, Çempionlar Liqası və Avropa Liqası görüşlərinə çıxarıb. “İnter”lə qarşılaşmayadək 399 matçda iş başında olan Qurbanov 4-cü “yüzlüy”ü “Azərsun Arena”da tamamlayıb.

“Qarabağ” Qurbanovun rəhbərliyi dövründə 222-ci dəfə qalib gəlib. Yubiley matçınadək 221-ə bərabər rəqəm “Azərsun Arena”da “2”lərin üçləşməsi ilə əlamətdar olub.

Qurbanovlu “Qarabağ” 400 matçda 105 heç-heçə edib. Mütəxəssis yetirmələrinin 73 məğlubiyyətinə üzülüb. Bu görüşlərdə “Qarabağ” 578 qol vurubsa, öz qapısından 288-ni buraxıb.

Qeyd edək ki, Qurbanov karyerası ərzində “Qarabağ”dan başqa yalnız “Neftçi”də çalışıb.


apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30