29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Roman Qriqorçuk: “Hakimlikdən qətiyyən razı deyiləm” (MÜSAHİBƏ)

“Qəbələ” Topaz Premyer Liqasının ikinci turunda “Sumqayıt”ı 1:0 hesabı il məğlub edib. Futbolxeber.az saytının məlumatına görə, komandanın baş məşqçisi Roman Qriqorçuk oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Komandanızın oyunundan razı qaldınız?

- Bəli, komandamdan çox razıyam. Çünki qələbə qazandıq.

- Bu oyun növbəti turda “Qarabağ”la matçadan öncı ümid verir?

- Biz ciddi rəqiblə qarşılaşacağıq. Həmin oyuna çox ciddi hazırlaşacğıq. “Qarabağ”la oyunlarımız həmişə maraqlı alınır. Necə olacağını ayın 26-da biləcəyik.

- Həmişə qələbədən sonra gülərüz olsanız da, bu gün sanki aqressivsiniz.

- (gülür). Siz Qəbələdəki hər mətbuat konfransında olmursuz. Komanda qələbə qazananda əhval-ruhiyyə hər şey yaxşı olur. Ötən il bəzi oyunlarda çox məyus olurdum. Çünki rəqibləri oyunumuzla öldürsək də, 67 ghücum edib, 15 qol epizod yaxalasaq da, xal itirirdik.

- Cavidin vəziyyəti o qədər pis idi ki, bu gün onu “23-lüy”ə daxil etmədiniz?

- O, özünü döyüşə atmaq istəyirdi. Oynamağı çox istəyirdi. Lakin onun boğazında problem olduğu üçün risk etmək istəmədik. Buna haqqımız yox idi.

- Əks-hücumlar zamanı Ozobiç bir neçə epizodda Monzora ötürmə vermədi ki, bunu çox narazılıqla qarşıladınız...

- Oyunda elə anklar oldu ki, düzgün qərar verməkdə çətinlik çəkdik. Əks-hücumlar zamanı daha çox şansdan yararlana bilərik.

- “Qarabağ” “Qəbələ”dən oyundan öncə “Kopenhagen”lə qarşılaşacaq. Bu məqam komandanıza nisbi üstünlük verir?

- İlk növbədə mən özüm də qrup mərhələsində oynamağı çox istərdim. Azərbaycanda futbol təqvimi çox əladı. Hesab edirəm ki, avrokuboklar və çempionatda oynayan komanda daha böyük üstünlük qazanır. Çünki qitə kuboklarında səviyyəli rəqiblərə qarşı çıxış edirsən. Əgər, istədiyin heyəti formalaşdıra bilmisənsə, hər iki cəbhədə mübarizə aparmaq böyük üstünlükdü. Belə təqvimdə oynamaq futbolçuların da inkişafına təsir edir. Eyni zamanda iki turnirdə oynamamüsbət haldı. Bir daha deyirəm ki, heyət tam komplektləşibsə.

- Bugünkü hakimlikdən razı qaldınız? Çünki referi bir neçə epizodda rəqibin futbolçularına vərəqə göstərməli olsa da, bunu etmədi...

- Bunu öz aramızda müzakirə etmişik artıq. Hakim hansısa qərar qəbul edəndə, məsələn qırmızı vərəqə verəndə, yaxud penalti təyin edəndə narazılıq bildirmək bir qədər başqa cür anlaşılır. Amma mən bugünkü hakimlikdən qətiyyən razı deyiləm. Futbol adamı kimi meydanda nələrin baş verdiyini görürdüm. Hakim rəqibin 1 futbolçusuna qırmızı vərəqə, ən azı 2-3-nə də sarı vərəqə göstərə bilərdi. Hakim vaxtında lazımi vərəqələri vursaydı, rəqib də belə sərt oynamazdı.

- İlqar Qurbanovun zədələnməsindən sonra meydana çıxan Tellur Mütəllimov qələbə qolunun müəllifi oldu. Demək olar ki, bu gün o, növbəti dəfə özünü futbolçu kimi sübut etdi?

- Bu gün o, karyerası baxımından müsbət məqama imza atdı. Qol vurmaq hər zaman xoşdu. O, bir müddət zədəli idi və həmin vaxtlarda da mən onun səviyyəsi haqda şübhə etmirdim.

- Sağ cinah müdafiəçisi hava ötürməsi edir və sol cinah müdafiəçisi qol vurur. Bu, sizin üçün gözlənilməz olmadı?

- Bir dəfə avrokuboklarda “Zalsburq”la qarşılaşırdıq. Hər iki müdafiəçi çox fəal hücuma qoşulurdu. Rəqib baş məşqçiyə paxıllıq edirdim (gülür). Düşünürdüm ki, nə vaxtsa bizim oyunçular da belə çıxış edəcəklər. Nəhayət ki, bu gün istədiyimi görə bildim.

- Avroliqadan sonra 2 futbolçu komandadan ayrıldı. Transfer pəncərəsinin sonuna kimi “Qəbələ”nin heyətinə yeni futbolçu qatacağını gözləmək olar?

- Düşünmürəm ki, ytansfer olunacaq. Məsələ heç də 2 nəfərin getmsi deyil. Biz yay transfer pəncərəsindən lazımınca tararlana bilmədik. Qışa qədər bu komanda ilə oynamalıyıq. Təbi ki, zədələr olmadığı halda. Məsələn, İlqar bu gün zədələndi və onun zədəsinin ciddi olmaq ehtimalı var. Yerli oyunçunun kənarda qalması bizi çətinə salır. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31