16 Aprel 2024, Çərşənbə axşamı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı
XXX turun hakim təyinatları

Ölkə futbolu

Samir Əliyev: “Azərbaycanda hansı klubun azarkeşi var ki?”

“Səbail” Topaz Premyer Liqasının ikinci turunda “Neftçi” ilə oyundan 1:0 hesablı qələbə qazanıb.

Futbolxeber.az saytının məlumatına görə, komandanın baş məşqçisi Samir Əliyev oyunsonrası mətbuat konfransında ilk öncə qarşılaşma haqda fikirlərini açıqlayıb:

“Ən azı 1 xal üçün meydana çıxmışdıq. Oyunun gedişində əsas məqsədimiz qol buraxmamaq idi. Sevindirici haldrı ki, sonda qələbə qazana bildik. 90 dəqiqə ərzində şanslarımız oldu. Lakin təcrübəsizlikdən həmin epizodları dəyərləndirə bilmədik. Bununla belə, yekunda istəyimizə çatdıq. 60-cı dəqiqədən sonra komanda dayandı. Bu da fiziki problemlərdən irəli gəlir”.

Samir Əliyev son 30 dqiqədə geri çəkilmələrinin səbəbini belə izah edib: “Bunda həm fiziki çatımazlıqlar, həm də “neftçi”nin təzyiqinin rolu oldu. Bizdən çox rəqib qələbə qazanmaq istəyirdi. Bu gün “Zirə” ilə oyundakı ilə müqayisədə daha az müdafiədə səhv buraxdıq”.

“Səbail”in çalışdırıcısı “Səbail”in “Dalğa Arena”da dəstəksiz qalmasının səbəbini belə izah edib: “Azərbaycanda hansı klubun azarkeşi var ki? Premyer Liqada bütün klublarda bu problem var. İstərdik ki, daha çox azarkeş gəlsin”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30