19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Yunis Hüseynov: “Neftçi” adına yaraşan şəkildə oynamadı”

Azərbaycanın əməkdar məşqçisi Yunis Hüseynov Sportal.az saytına açıqlama verib.

Futbolxeber.az saytının məlumatına görə, mütəxəssis Premyer Liqamızda yeni mövsümdə "Qarabağ"ın çempion olacağını bildirib:

“Bu mövsüm “Qarabağ”la Azərbaycanda “Qəbələ”dən başqa heç bir komanda rəqabət aparaca bilməyəcək. “Qəbələ” və “Qarabağ” iddialıdırlar. Bu iki komanda çempionluq üçün yarışacaq.  Fikrimcə, Ağdam klubu ölkə çempionluğunu və kubokunu qazanacaq. Digər komandalar isə 3-8-ci yerlər uğrunda mübarizə aparacaq. Premyer Liqanın ilk turunu izlədim. Vəziyyət ürəkaçan deyil. Çempionatda rəqabət olmadığı üçün bu, “Qarabağ” və “Qəbələ”nin də inkişafına zəif təsir göstərir”.

Hüseynov ilk turda "Neftçi"nin yaxşı təsir bağışlamadığını vurğulayıb:

“Neftçi” ilk turda heç yaxşı təsir bağışlamadı. “Neftçi” adına yaraşan şəkildə oynamadı. Bu komanda flaqmandı, ölkənin köklü komandasıdır. Belə oyun oynamaq “Neftçi”yə yaraşmır. Bir sözlə, yaxşı oynamadılar. Ümid edirəm ki, növbəti turlarda yaxşı çıxış edəcəklər”.

Hazırda heç bir komandanı çalışdırmayan Yunis Hüseynov təklif gözlədiyini söyləyib: “Gözləyirik. İnşallah, yaxşı olar”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30