25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

“İnter”də kapitan müəmması

Azərbaycan Premyer Liqasının II turunda “Qarabağ”ın qonağı olacaq “İnter” problemlə üzləşib.

Futbolxeber.az saytının məlumatına görə, baş məşqçi Zaur Svanadze yenə tam heyətdən yararlana bilməyəcək.

Zədələnərək, sıradan çıxan Fuad Bayramov “Qarabağ”la qarşılaşmada da meydana çıxmayacaq. Ondan fərqli, Nizami Hacıyevin durumuna tam aydınlıq gəlməyib.

Məsələ burasındadı ki, “İnter”in kapitanı hazırda fərdi məşq edir. Kollektivlə məşqlərdə iştirak etməyən Hacıyevin “Qarabağ”la matçda meydana çıxıb-çıxmayacağı dəqiqləşməyib. Nizaminin ehtiyatda qalmaq ehtimalı daha çox olsa da, Svanadzenin çətin görüşdə təcrübəli futbolçudan yararlanmaq istəməsi də istisna deyil.  

Qeyd edək ki, “Qarabağ” – “İnter” oyunu sabah keçiriləcək. “Azərsun Arena”da baş tutacaq görüş saat 20:00-da start götürəcək.  


apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30