20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

AFFA yenə “Bakı”ya möhtac qaldı ÖZƏL

Bu il ölkə xaricinə yollana bilməyən, vətəndə qalan azərbaycanlı hakimlər bu gün məşq keçməyə yer tapa bilmirlər.

Futbolxeber.az saytının əldə etdiyi məlumatına görə, bu gün referilərin hazırlıq keçməsi üçün stadion tapılmayıb. AFFA-nın balansında paytaxtda bir neçə arena olsa da, hakimlərin məşqi üçün məkan tapmaq müşkülə çevrilib.

Çətin durumda qalan Hakimlər Komitəsinə yardım əlini “Bakı” klubu uzadıb. Belə ki, paytaxt klubunun rəhbərliyi ədalət qoruyucularının “zolaqlılar”ın bazasında hazırlıq keçməsi üçün şərait yaradıb.

Hakimlər bu gündən etibarən “Bakı”nın bazasında 3 günlük hazırlıq prosesinə start veriblər. Klub rəhbərliyi hakimlərin hazırlığı üçün hər cür şərait yaradıb. Meydançalar, paltardəyişmə otaqları referilərin ixtiyarına verilib.

AFFA-nın Hakimlər Komitəsi üçün lazımi şəraiti hansı səbəbdən yaratmaması məlum deyil. Məlum olan isə odur ki, assosiasiyanın əlindən tutan yenə də “Bakı” klubu oldu. O “Bakı” klubu ki, bu günə qədər AFFA rəhbərliyi bu komandanın yaşaması üçün heç bir cəhd göstərməyib. Ölkə futboluna, müxtəlif yaş qrupları üzrə yığma komandalara 50-dən çox futbolçu verən “Bakı” klubunun çətinliklə üzləşdiyi zaman AFFA rəhbərliyi vəziyyətin dəyişməsi üçün heç nə etməyib. Əvəzində klubu hətta I diviziona belə buraxmadılar. Gah “Bakı”ya sponsor axtarıldığı deyildi, gah da bazanı ələ keçirməyə cəhd etdilər. Bütün bunlara qarşılıq olaraq, “Bakı” yenə AFFA-ya dəstəyini nümayiş etdirdi. İllər əvvəl olduğu kimi. Xatırlayırsınızsa, “Bakı” klubunun bazası uzun illər ərzində Azərbaycanın müxtəlif yaş qruplarının, ölkəmizə gələn rəqib komandaların ixtiyarına TƏMƏNNASIZ verilirdi. Üstəlik, ölkəmizdə keçirilən 17 yaşadək qızlardan ibarət millilər arasında dünya çempionatı zamanı da əksər yığmalar məhz “Bakı”nın bazasından faydalanıblar...

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30