19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Mahir Mədətov: “Qol vuracağımı gözləmirdim”

“Qol vuracağmı gözləmirdim. Bu, özüm üçün də sürpriz oldu. Sevinirəm ki, belə bir sürprizlə qarşlaşdım”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Qarabağ”ın hücumçusu Mahir Mədətov deyib.

Gənc forvardın qolu sayəsində Ağdam klubu Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Kopenhagen”i 1:0 hesabı ilə üstələyib.

Mədətov bildirib ki, qələbəyə baxmayaraq, “Qarabağ” səfərə arxayın yollana bilməz: “Bugünkü qələbəyə baxmayaraq, işimiz bitməyib. Qarşıda hələ cavab oyunu var. Məqsədimiz tarix yazmaqdı”.

Mahir fərqləndiyi epizodda bir anlıq tərəddüd etdiyini bildirib: “Həmin anda bir anlıq tərəddüd etdim ki, birdən ofsayt olar. Odur ki, dərhal hakimə baxdım”.  

“Qarabağ”ın forvardı cavab oyunu barədə bunları söyləyib: “Çətin olacaq. “Kopenhagen”in üstünlüyü aazarkeşləridir. Amma biz də səfərə sərfəli nəticə üçün yollanacağıq. Danimarkada tarix yazmalıyıq. Arxayınlaşmaq olmaz. Bu gün komanda əlindən gələni etdi. Uşaqlar çox əziyyət çəkdilər. Qardaşı hələ çempionat oyunumuz var. Həmin matçdan sonra Danimarkadakı görüşü düşünəcəyik”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30