19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Qəbələ”də yeni təyinatlar reallaşdı

“Qəbələ” futbol akademiyasının komandaları yeni mövsümün hazırlıqlarını davam etdirir.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, akademiya 2017/18 mövsümündə U-19, U-17, U-16, U-15 və U-14 liqalarında bir, U-13, U-12, U-11, U-10 liqalarında iki komanda ilə təmsil olunacaq.

Həmçinin U-9 və U-7 komandaları da yay fasiləsinə son verib. Onlar məşqlərə avqustun 2-də start veriblər.

Akademiyada 5 yeni məşqçi də fəaliyyətə başlayıb. Onlardan biri “Qəbələ”nin sabiq futbolçusu Əli İsmayılovdu. O, U-15-də baş məşqçi Rakif Əliyevin köməkçisi kimi çalışacaq. Futbolçu karyeralarını bir müddət əvvəl başa vuran Rüstəm Məmmədov U-11, Elnur İmanquliyev U-10 yaş qrupunda 1-ci komandaya baş məşqçi təyin edilib. Həmin yaş qrupları üzrə 2-ci komandalarda da yeni məşqçilər çalışacaq. Gənc çalışdırıcılardan Azad Kərimov U-11, Teymur Həbibov U-10-da məşqçilik edəcək.

“Qəbələ”nin iki komanda ilə təmsil olunduğu yaş qruplarında U-13-də Namiq Əliyevlə Rafael Cəbrayılov, U-12-də Şəhruz Mustafayevlə Aqil Mirzəyev çalışacaq. Əvəzedici komandanın baş məşqçisi Elmar Baxşıyevə Azər Həşimov kömək edəcəksə, U-19-da Emin İmaməliyevə Şəhriyar Kərimli, U-17-də Famil Xəlilova Turxan Ümüdlü yardımçı olacaq.

U-16-da Zaur Hacıyevin köməkçisi Rəvan Rəcəblidisə, U-14-də Ülfət Mədətovla Sahil Nəcməddinov çalışacaq. Kiçik yaş qruplarından U-9 Anar Surxayevin, U-7 Fərid Məmmədlinin rəhbərliyi altında məşqlərini gerçəkləşdirir. Akademiyanın komandalarının hazırlıqlarında qapıçı məşqçiləri Sahil Kərimov, Teymur Musayev, Elçin Rzazadə və Oruc Quliyev, həmçinin videoanaliz üzrə mütəxəssis Sərdər Qafarov da iştirak edir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30