20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

“Vüqar Nadirovu hesabdan silən də var, silməyən də”

“Bu, çempionatdakı ilk oyunumuz idi. Maraqlı qarşılaşma alındı. “Səbail” 2-3 ayın komandasıdı. Hamı meydanda vuruşdu, əlindən gələni etdi. Təəssüf ki, məğlub olduq. Amma heç-heçə daha yaxşı nəticə olardı”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Səbail”in hücumçusu Vüqar Nadirov dünən Topaz premyer Liqasının ilk turunda “Zirə”yə 1:2 hesabı ilə uduzduqları görüş haqda danışarkən deyib.

Nadirov yeni klubunda debütunu qolla qeyd etdi. Halbuki buna qədər çoxları artıq Vüqarın əvvəlki formasını bərpa edə bilməyəcini düşünürdü: “Məni hesabdan silən də var, silməyən də. Amma mən üzərimdə çalışıram. Məqsədim ardıcıl qollar vurmaq, komandama fayda vermək və milli komandaya qayıtmaqdı”.

Təcrübəli forvard qeyd edib ki, “Səbail”in özünü yaxşı tərəfdən göstərməsi üçün müəyyən qədər zamana ehtiyac var: “Komandada çoxu təzə oyunçulardı. Gənclərin də sayı az deyil. Odur ki, zamana ehtiyac var. Hələ ki bir-birimizi tam başa düşmürük. Qısa müddət ərzində Samir Əliyev bütün problemləri yoluna qoyacaq. Komandadakı gənclərin çoxu perspektiv vəd edir. Zamanla öyrənəcəklər, daha yaxşı futbolçuya çevriləcəklər”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30