20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Yeni transferi "Qəbələ"dən ayrılır

"Qəbələ" yay fasiləsində transfer etdiyi ispaniyalı futbolçu Fransisko Xavyer Ernandes Qonzaleslə yollarını ayırır.

Futbolxeber.az saytının məlumatına görə, klubun meneceri Səbuhi Səfiyarlı sport24.az-a açıqlamasında bu addımın legionerin təşəbbüsü ilə bağlı olduğunu bildirib.

Səfiyarlı buna etiraz etmədiklərini söyləyib: "O, komandamızda yalnız 1 oyun keçirdi. Bu, Avropa Liqasında ilk matçımız - "Yagelloniya" ilə "Bakcell Arena"dakı qarşılaşma idi. Ondan sonra zədəsi olduğundan Polşadakı cavab matçında "18-lik"dən kənarda qaldı. "Panatinaikos"la matçlarda isə iştirak ərizəsinə düşmədi. Bundan sonra özü gəlib dedi ki, getmək istəyirəm. Biz də buna etiraz etmədik. Ona görə də qarşılıqlı razılaşma əsasında müqaviləni pozacağıq".

Klub rəsmisi legioneri hələ yola salmadıqlarını diqqətə çatdırıb: "Hazırda sənədləşmə işləri gedir.  Bilmirik ki, variantı var, ya yox. Sadəcə, özü yaxınlaşıb getmək istədiyini dedi. Onu da bildirdi ki, burda legioner limiti də var, yəqin ki, oynaya bilməyəcəm. Digər legionerlərimizdən belə bir istəklə bizə müraciət edən hələ ki yoxdur".

Xatırladaq ki, Polşanın “Qurnik Lençna” klubundan gələn 28 yaşlı Qonzales "Qəbələ"nin yayda heyətinə qatdığı ilk legioner olub. Onunla 1 ili şərti olmaqla, 2 illik müqavilə imzalanıb




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30