28 Mart 2024, Cümə axşamı
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu
Millimiz Bolqarıstanla heç-heçə etdi

Ölkə futbolu

"İnter" adını dəyişib "Keşlə" olur

Bakı “İnter”inin adı dəyişdirilir. Klub bundan sonra “Keşlə” adlandırılacaq.

Futbolxeber.az-ın məlumatına görə, bunu klubun rəsmi saytına açıqlamasında “İnter”in Müşahidə Şurasının sədri Zaur Axundov bildirib. O, yaxın müddət ərzində hüquqi prosedurların başa çatacağını deyib:

"Məlum olduğu kimi, 2017-ci ilin yanvar ayında Azərbaycan Beynəlxalq Bankı (ABB) yeni struktur dəyişiklikləri ilə əlaqədar olaraq “İnter” Peşəkar İdman Klubuna sponsorluq etməkdən imtina edib. Bu dövrdən etibarən Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) klubu kənar idarəçiliyə götürüb və klubun Premyer Liqada və Avropa Liqası oyunlarında iştirakını təmin edib.

Klubun adının “İnter” olması bilavasitə ABB ilə bağlı olduğu üçün hazırda klubun adının dəyişdirilməsi zərurəti meydana çıxıb. Bununla əlaqədar klubun bazasında onun futbol məsələləri ilə bağlı hüquqi varisi olaraq “Keşlə” FK-nın yaradılmasına ehtiyac yaranıb. Bunun üçün hüquqi prosedurlar başlanıb və proses yaxın müddət ərzində başa çatacaq. Klubun adının dəyişdirilməsi azarkeş bazasının da artacağına ümid yaradır. Belə ki, klubun bazası Keşlə ərazisində yerləşir. Buna görə də ümid edirik ki, Keşlə ərazisində yaşayan futbolsevərlər klubun oyunlarına gələrək komandaya dəstəklərini nümayiş etdirəcəklər.

Hüquqi prosedurlar başa çatana qədər klub “Keşlə” FK adından brend olaraq istifadə edəcək. Prosedurlar yekunlaşdıqdan sonra tam olaraq “Keşlə” FK adı ilə fəaliyyət göstərəcək”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31