24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Skarlatake: “Maaşları verməsələr, “İnter”dən ayrılacam”

“İnter”lə müqavilə imzalamamışam. Hələ ki, gözləyirəm. Bəlkə növbəti həftələrdə sözləşməyə qol çəkdim”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “İnter”in rumıniyalı müdafiəçisi Adrian Skarlatake deyib.

Təcrübəli futbolçu klubda vəziyyətin pis olduğunu bildirib. Əcnəbi oyunçu son 2 ayın maaşını hələ də almadıqlarını, həmçinin UEFA Avropa Liqasında Serbiyanın “Mladost” klubunu keçdiklərinə görə verilməli olan mükafatın onlara çatmadığını sözlərinə əlavə edib: “Son iki ayın maaşı hələ də qalır. “Mladost”la oyuna görə verilməli olan mükafatlar da bizə çatmayıb. Vəziyyət yaxşı deyil. Klubla razılaşma əldə etməyə çalışıram. Amma indiki durumda çox çətindir”.

“Klubdan ayrılmaq ehtimalınız varmı” sualına Skarlatake belə cavab verib: “Əslində ayrılıb getmək asan deyil. Çünki artıq çempionat start götürür. Bəlkə sabah müqavilə bağladım. Klub prezidenti ilə danışdım və ona söz verdim ki, qalacam. Əgər maaşları verməsələr, “İnter”dən ayrılacam. Lakin söz verdilər ki, bu həftə maaşlar veriləcək” (qafqazinfo.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30