19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Qəbələ” gürcüləri məğlub etdi

Gürcüstanda təlim-məşq toplanışında olan “Qəbələ”nin əvəzedici komandası ikinci yoxlama oyununu keçirib.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, “qırmızı-qaralar” “Saburtalo” klubunun əvəzedici komandası ilə görüşüb.

Gürcüstan təmsilçisi bu oyunda əsas və U-19 komandalarının üzvlərinin də yer aldığı qarışıq heyətdən istifadə edib. Görüş "Qəbələ"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Ravil Yusiflinin dubl  etdiyi oyunda bir dəfə Ülvi İsgəndərov fərqlənib.

Xatırladaq ki, komanda avqustun 2-də keçirdiyi Gürcüstandakı ilk yoxlama oyununda Tiflis “Dinamo”sunun əvəzediciləri ilə qolsuz bərabərə qalıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30