25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Qarabağ”ın rəqibi müəyyənləşdi

UEFA-nın Nyon şəhərində yerləşən mənzil-qərargahında Çempionlar liqasının pley-off mərhələsinin püşkü atılıb.

Futbolxeber.az saytının məlumatına görə, püşkatma nəticəsində Azərbaycan təmsilçisi “Qarabağ”ın rəqibi bəlli olub. Ağdamlılar bu mərhələdə Danimarka “Kopenhagen”i ilə qarşılaşacaqlar.

Xatırladaq ki, bu, komandalar arasında 2-ci duel olacaq. 1998/99 mövsümündə Kuboklar Kubokunda keçirilən qarşılaşmalar danimarkalıların şəksiz üstünlüyü ilə keçmişdi. “Qarabağ” hər iki matçda böyük hesabla uduzub – 0:6, 0:4.

İlk oyunlar 15/16 avqust, təkrar görüşlər isə 22/23 avqustda baş tutacaq.

Digər cütlüklər:

Çempionlar yolu

APOEL (Kipr) - “Slaviya” (Çexiya)

“Olimpiakos” (Yunanıstan) – “Riyeka” (Xorvatiya)

“Seltik” (Şotlandiya) - “Astana” (Qazaxıstan)

“Hapoel” (Beyer-Şeva, İsrail) - “Maribor” (Slovaniya)

Liqa yolu

“Başakşəhər” (Türkiyə) - “Sevilya” (İspaniya)

“Yanq Boyz” (İsveçrə) - MOİK (Rusiya)

“Napoli” (İtaliya) - “Nitsa” (Fransa)

“Hoffenhaym” (Almaniya) - “Liverpul” (İngiltərə)

“Sportinq” (Portuqaliya) - “Styaua” (Rumıniya)




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30