25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

"Rəqib çox güclü idi" - Qriqorçuk

“Nəyi düz etmədiyimizi araşdıracağıq. Ümumilikdə, rəqib çox güclü idi”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının 3-cü təsnifat mərhləsinin “Panatinaikos”la cavab oyunundan (1:2) sonra keçirilən mətbuat konfransında deyib.

- İlk hissədə müəyyən qədər zəif oynadıq. Amma bunu ikinci hissə barədə demək düzgün deyil. Rəqibi ikinci hissənin əvvəlində öz qapısına sıxdıq və qol vurmağı bacardıq. Təəssüf ki, üstünlüyümüzü qoruya bilmədik. Rəqib çox güclü idi.

- “Qəbələ” bir çox oyunlarda hesabı açsa da, üstünlüyünü qoruya bilmir. Bunun səbəbi nədir?

- Mən bu suala necə cavab verəcəyimi bilmirəm. Elə oyunlar olub ki, biz də rəqib hesabı açdıqdan sonra qələbə qazana bilmişik.

- Artıq “Qəbələ” bir çempionatını Azərbaycan çempionatına yönəldəcək. Əsas rəqibiniz “Qarabağ”ın isə avrokubok oyunları davam edir. Necə düşünürsünüz, çempionluq yaxınlaşıb?

- Bir cəbhədə mübarizə aparmağı istəməzdik. Sadəcə, bu mövsüm belə oldu. Amma çempionluq barədə heç nə deyə bilmərəm. Yenə deyirəm, Avropa Liqasında yolumuza davam etmək istəyirdik.

- “Qəbələ” irəlidə top saxlamaqda çətinlik çəkir. Bunun səbəbini nə ilə izah edərdiniz?

- Kombinasiyalı, sürətli futbolu çox xoşlayıram. Hücumçular olur ki, topu saxlayır və o müddətdə komanda irəli atılır. İstərdim ki, hücumçumuz elə olsun. Rəqibin heyətində 8 nömrəli futbolçu elə idi. Bizdə isə bu çatışmırdı. Son 2 ildə elə tərzdə oyunçu bizdə çatışmır.


qol.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30