25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Kəpəz” Premyer Liqada ilk dövrənin bütün oyunlarını səfərdə keçirəcək

“Kəpəz” komandası Azərbaycan Premyer Liqasının 2017/2018 mövsümündə ilk dövrənin bütün oyunlarını səfərdə keçirəcək.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə komandanın baş məşqçisi Şahin Diniyev məlumat verib.

Əlli bir yaşlı mütəxəssis Gəncə şəhər stadionunda yeni ot örtüyünün salınması ilə əlaqədar ilk dövrədə ev matçlarını Bakı və ya Tovuzda keçirməyə gərək qalmadığını söyləyib: "Artıq rəqib klublarla oyunların yerlərinin dəyişdirilməsi ilə bağlı razılıq əldə olunub. Rəqibləri başqa şəhərdə qəbul etməyimizə ehtiyac qalmayıb. Oyunların yerləri dəyişdirləcək və ilk dövrədəki 7 matçımız səfərdə olacaq. Açığı, bu, daha çox bizim əleyhimizə olan amildir. Yəni rəqiblərdən oyunların yerlərinin dəyişdirilməsinə etiraz edən yoxdur”.

Qeyd edək ki, Gəncə şəhər stadionunda mayın 11-dən başlayan təmir-bərpa işləri AFFA-nın vəsaiti hesabına həyata keçirilir. Stadionun II dövrəyədək hazır olacağı proqnozlaşdırılır.


report.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30