29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Azərbaycanda Mahmud Qurbanova çatan yoxdur

Avqustun 11-də Topaz Premyer Liqasında 2017/18 mövsümünə start veriləcək.

Futbolxeber.az saytının məlumatına görə, Peşəkar Futbol Liqasının rəsmi saytı 26-cı ölkə çempionatının startı ərəfəsində yarışın 25 illik tarixinin “qvardiyaçı”larını təqdim edir. 1992-ci ildən keçirilən çempionatların tarixində ən çox oyun keçirən futbolçuların siyahısına Mahmud Qurbanov başçılıq edir.

11 qat Azərbaycan çempionu ölkə çempionatında 400-dən artıq oyun keçirən yeganə futbolçudur. Onun hesabında 421 qarşılaşma var. Hesabında 388 oyun olan Azər Məmmədov 2-ci yerdə qərarlaşıb. O, Premyer Liqada oynamış eyni ad-soyada malik digər iki Azər Məmmədovdan fərqli daha zəngin karyeraya malikdir.

İlk “üçlüy”ü Aslan Kərimov qapayır ki, onun hesabında 382 matç var. Ümumiyyətlə isə nəticəsi ləğv olunan və yarımçıq qalan oyunlar nəzərə alınmamaqla, 300-dən artıq matç keçirən 16 futbolçu var. Azər Məmmədov kimi Aqil Məmmədov və Kənan Kərimov da eyni ad-soyadda olan bir neçə oyunçudan biridir.

300-ü keçənlərdən yalnız üçü – Rahid Əmirquliyev, Elnur Abdullayev və Vüqar Nadirov karyerasını Premyer Liqa klubunda davam etdirir və göstəricisini yaxşılaşdırmaq imkanına malikdir.

Azərbaycan çempionatlarında 300 və daha çox oyun keçirənlər

yer

Futbolçu

Oyun

1.

Mahmud Qurbanov

421

2.

Azər Məmmədov

388

3.

Aslan Kərimov

382

4.

Rəşad Abdullayev

378

5.

Rəşad Sadiqov

366

6.

Aqil Məmmədov

363

7.

İsmayıl Məmmədov

351

8.

Rahid Əmirquliyev

333

9.

Kənan Kərimov

327

10.

Nadir Nəbiyev

316

11.

Elnur Abdullayev

315

12.

Mübariz Orucov

311

13.

Vüqar Nadirov

307

14.

Müşfiq Hüseynov

305

15.

Ədəhim Niftəliyev

303

16.

Kamal Quliyev

302

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31