20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

David Manqa: "Bizim də “Qarabağ” qədər şansımız var"

Futbolxeber.az saytı oxucularının diqqətinə “Zirə”nin futbolçusu David Manqanın apasport.az saytına müsahibəsini təqdim edir.

- Geriyə baxanda nələri xatırlayırsız?

- Avropa Liqasını nəzərdə tutursuzsa, əvəzsiz təcrübə qazandıq. Başqa ölkənin təmsilçiləri ilə rəsmi oyunda qarşılaşmaq çox faydalıdı. Nəticələrə gəldikdə, ikinci mərhələnin ilk oyununda səhvlərə yol verdik və Bakıya məğlub durumda qayıtdıq. Cavab matçında həmin səhvləri düzəltmək üçün şanslarımız oldu, erkən yaratdığımız epizodların birində toru silkələsəydik, fərqli mənzərə yaşanacaqdı.

- Avrokuboklara qatılmaqla ən böyük qazancınız təcrübə oldu?

- Nəzərə alsaq ki, bizim komanda ilk dəfə bu cür yarışda iştirak edirdi, bəli, ilk növbədə təcrübə qazandıq. Orda əldə etdiyimiz təcrübə çempionata daha yaxşı hazırlaşmağımıza və nəticə qazanmağımıza yardımçı olacaq.

- Maraqlıdı ki, təcrübə qazandığınızı vurğulayırsız, amma avrokuboklardan dərhal sonra komandadakı ən təcrübəli futbolçu yola salındı...

- Rəşad Sadiqov, həqiqətən də, kifayət qədər təcrübəsi olan futbolçudu. Amma bu cür qərarları baş məşqçi qəbul edir. Ona uğurlar arzulayıram. Qalan məsələlər mənim qarışacağım deyil.

- Bu mövsüm iki təmsilçimiz Lüksemburq klubları ilə qarşılaşdı. Çempionatı dördüncü pillədə başa vuran “Zirə” onların gümüş medalçısını mübarizədən kənarlaşdırmağı bacardığı halda, “İnter” özü kimi bürünc medal qazanan rəqibi önündə aciz qaldı...

- Futbolu sevdirən də bu cür sürprizlərlə zəngin olmasıdı. Bəzən favorit göstərildiyin oyunda xal qazana bilmirsən və ya əksinə. Ona görə də, heç kim hesabı əvvəlcədən deyə bilməz. Şotlandiyanın “Reyncers” komandası Lüksemburq təmsilçisi “Proqres”lə qarşılaşmanın favoriti hesab edilirdi. Amma avrokuboklarda kifayət qədər təcrübəsi olan şotlandlar mərhələ adlaya bilmədilər. “İnter”ə gəldikdə, yaxşı heyətləri var, sadəcə, bəxtləri gətirmədi.

- Çempionata hazırlıq necə gedir?

- Məşqlərimizi plan üzrə keçirik. Avropa Liqasında oynamağımızın anlaşma baxımından çox xeyri oldu. Çünki heyətin əksər üzvləri komandaya yeni cəlb edilib. Belədə çox oyun keçirmək lazımdı. Avrokuboklardan sonra yoxlama matçlarında problemləri aradan qaldırmağa çalışdıq. Bu cür qarşılaşmalar çempionat öncəsi vacibdi.

- Azərbaycana gəlişiniz necə alındı? Təklif alanda tərəddüd etmədiniz?

- “Zirə” yaxşı seçim idi. Əsas da komandanın Avropa Liqasında çıxış etməsi cəlbedici məqamlardan idi.

- Bu amil Bakıya gəlməyiniz üçün kifayət etdi?

- Azərbaycan haqda müəyyən məlumatlar toplamışdım. Möhtəşəm ölkəniz var. Təsəvvür etdiklərimlə gördüklərim uzlaşır. Seçimimdə peşman olmağıma əsas verən hansısa nüans yoxdu.

- Gələn həftə Premyer Liqa start götürəcək. Çempionatımızla bağlı hansısa bilgilərə sahibsiz?

- Premyer Liqa oyunlarını izləməmişəm, məlumatım az olduğuna görə, geniş danışmaq istəmirəm. Daha doğrusu, fikir bildirmək hələ tezdi. Bir neçə turdan sonra müəyyən qənaətə gəlmək olar.

- Əksər rəqiblərinizi, demək olar, tanıyırsız. “Zirə”nin şansı nə qədərdi?

- “Qarabağ”, “Qəbələ”, “Neftçi”, “İnter” haqda müəyyən məlumatlarım var. Güclü rəqiblərdi. Amma “Zirə”nin də yaxşı heyətə malik olduğunu unutmayın. Ən azı onlar qədər şansımız var.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30