25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Ndlovu ÇL-in bombardirləri sırasında

Çempionlar Liqasının bombardirləri siyahısında dəyişiklik olub.

Futbolxeber.az saytının məlumatına görə,  III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutan “Şerif” – “Qarabağ” matçında (1:2) hesabı açan Dino Ndlovu yarışın ən məhsuldar futbolçularına çatıb.

Belə ki, CAR-dan olan legioner Moldovada rəqib qapısına yol tapıb və mövsümdə 3-cü avrokubok qolunu vurub. Gürcüstan “Samtredia”sı ilə ev qarşılaşmasında dubl müəllifi olan Dino Çempionlar Liqasının 7 bombardirindən biridi.

Tiraspoldakı görüşədək 6 oyunçu – Andriya Pavloviç (“Kopenhagen”), Mario Qavranoviç (“Riyeka”), Uroş Nenadoviç (“Alaskert”), Entoni Nvakaeme (“Hapoel” Beyer-Şeva), Patrik Tvumasi (“Astana”) və Skott Quiqli (TNS) hərəyə 3 dəfə fərqlənmişdi. Dino bunu bacaran 7-ci futbolçu olub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30