24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Prosineçkinin xahişinin yerinə yetirməyə məcburuq” - Ramin Musayev

“Biz Prosineçkinin xahişini yerinə yetirməliyik. Çünki çempionat milli üçün keçirilir. Hər birimiz millinin bizi sevindirməsi üçün çalışırıq. Ona görə də yığmanın baş məşqçisinin dediklərini dinləməyə məcburuq. Sabah deməsinlər ki, uğursuzluğun günahkarı bizik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.

PFL prezidenti qeyd edib ki, yeni mövsümdən etibarən əvəzedicilərin oyunları əsas komandalardan 1 gün əvvəl yox, sonra keçiriləcək. R. Musayev qəbul edilən qərarın düzgün olmadığını bildirib: “Rayona gedən hansı komandanın baş məşqçisi uduzandan sonra qalıb əvəzedicilərin oyunlarını izləyəcək?”

Ramin Musayev hakimlərin bu dəfə ölkə xaricinə yollana bilməməsinin səbəbini belə izah edib: “Mətbuatda yazılmışdı ki, bu, maliyyə durumu ilə əlaqədardır. Əslində isə belə deyil. Bolqarıstana yollana bilərdik. Lakin orada bizə cəmi 8 oyun veriləcəkdi. Bu halda 9 baş hakimi xaricə göndərməyin nə mənası var? Hakim səhvləri yenə də olacaq. Amma bu, qərəzdən irəli gəlməyəcək”.

PFL prezidenti çempionatın sponsorların üzünə açıq olduğunu bildirib: “Daha əvvəl demişəm, yenə təkrar edirəm. “Bakı” və “Xəzər Lənkəran” gəlsə, onları dərhal Premyer Liqaya buraxarıq. Hətta sabah başqa bir sponsor olsa, lap püşkatmanı yenidən də keçirə bilərik”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30