25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

“Qarabağ” coşqu ilə qarşılandı

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Şerif” üzərində səfər qələbəsi qazanan (2:1) “Qarabağ” vətənə qayıdıb.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan futbolunda yeni tarix yazan Ağdam təmsilçisinin təyyarəsi saat 05:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib.

Pley-off mərhələsinə vəsiqə əldə edən Azərbaycan çempionunu hava limanında azarkeşlər coşğu ilə qarşılayıblar. APA TV-yə açıqlama verən baş məşqçi Qurban Qurbanov çətin oyun keçirdiklərini bildirib: “Komandada bir az gərginlik var idi. Ancaq şükürlər olsun, hər şey istədiyimiz kimi oldu”.

Qurbanov pley-off mərhələsi ilə bağlı proqnoz verməkdən yayınıb: “Rəqibin kimliyi ilə bağlı hələ ki, düşünmürük. Düşünəcək bir şey də yoxdu. Gözləyəcəyik, görək hansı komanda ilə qarşılaşacağıq”.

Qeyd edək ki, “Qarabağ”ın pley-off mərhələsindəki rəqibi avqustun 2-də bilinəcək.

 


apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30