24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Qarabağ” topla əla rəftar edir”

“Qarabağ”ı yaxşı təhlil etmişdik. Birinci hissədə xeyli qol vəziyyəti yaratdıq. İkinci hissədə isə qol vurmalı idik, hücuma atılmağa məcbur olduq, buna görə də rəqibə daha çox boş sahə verməyə başladıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Şerif”in baş məşqçisi Roberto Bordin deyib.

Bakıda qolsuz bərabərliyə nail olan, öz meydanında isə 1:2 hesabı ilə uduzan Tiraspol təmsilçisinin çalışdırıcısı nəticənin qanunauyğun olmadığını bildirib:

“Qarabağ” çox yaxşı, texnikalı komandadı. Topla əla rəftar edirlər. Bununla belə düşünürəm ki, “Şerif” meydanda dominantlıq edən tərəf idi. Daha çox vəziyyət yaratdıq, təəssüf ki, bu şanslardan istifadə edə bilmədik.

Oyundan sonra danışmaq çox asandı. İlk hissədə bir qol vura bilsəydik, oyun tamam fərqli məcrada davam edəcəkdi”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30