24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

"Kəpəz"in stadionunda qazonun yaşıllaşması tədricən davam edəcək

Gəncə şəhər stadionunun əsas meydançasına yeni salınan ot örtüyünə texniki işçilər tərəfindən gündəlik baxış və qulluq olunur.

Futbolxeber.az saytının məlumatına görə, toxumların cücərməsi üçün lazım olan şərait – suyun, temperaturun və havanın rolu mütəxəssislər tərəfindən əvvəlcədən nəzərə alındığından işlər gözlənildiyi kimi gedir. Meydançada işləri həyata keçirən SİS şirkətindən kapazpfc.az saytına verilən məlumata görə, səpilən bütün toxumların cücərməsi və qazonun yaşıllaşması tədricən davam edəcək. Belə ki, toxumlar 21 gün ərzində cücərib boy atmalıdır. Hələlik isə səpindən 18 gün keçib. Bu gün qazona xüsusi dərmanlar veriləcək.

Qeyd edək ki, Hollandiyadan gətirilən toxumların əkilməsi xüsusi texnikalarla bir gün ərzində həyata keçirilib. Meydançaya səpini nəzərdə tutulan 2 çeşid ot toxumundan biri əkilib. İlk mərhələdə meydana 160 kq toxum verilib. Digər növün səpilməsi isə avqustun ilk dekatasına planlaşdırılıb.

Xatırladaq ki, Gəncə şəhər stadionunda may ayının 11-dən başlanan işlər AFFA-nın vəsaiti hesabına aparılır.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30