29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"İdman Azərbaycan"dan “Şerif” - “Qarabağ” oyununa dair açıqlama

"İdman Azərbaycan" kanalı Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin “Şerif” – “Qarabağ” oyununun yayımı ilə bağlı açıqlama yayıb.

Futbolxeber.az saytının məlumatına görə, telekanaı pley-off mərhələsindən etibarən oyunlarının yayım hüququna sahibdir: “Birinci, ikinci və üçüncü mərhələdəki oyunlar isə klubların öz ixtiyarındadır. Həmin mərhələ zamanı "İdman Azərbaycan" kanalı klublara yardım edib və səfər oyunlarının da Azərbaycanda yayımlanması üçün rəqiblərlə barter yolu ilə razılığa gəlmişdi. Ötən həftə keçirilən "Qarabağ" - "Şerif" oyunu zamanı da "İdman Azərbaycan" kanalı matçı çəkərək Moldova tərəfə ötürməyə hazır idi. Lakin “Şerif” klubu bununla razılaşmayaraq Bakıdakı oyunun Moldovada translyasiyasına razı olmadı və Tiraspoldakı oyunun da yayımına razılıq vermədi. Bu səbəbdən də "Şerif" - "Qarabağ" oyunun yayımlanmamasının səbəbkarı Moldovanın Şerif klubudur” – deyə məlumatda bildirilib.

Qeyd edək ki, bu açıqlama ilə də “İdman Azərbaycan” matçı yayımlamayacağını təsdiqləyib.


qol.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31