18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Roberto Bordin: “Qarabağ”la oyun finala bərabərdir”

“Bu gün Bakıda meydana çıxan bəzi oyunçularımız da oynayırdı. Digər futbolçularımıza isə istirahət vermişdim. Çünki qarşıda bizi vacib görüş gözləyir”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Şerif”in baş məşqçisi Roberto Bordin deyib.

Tiraspol təmsilçisi dünən ölkə çempionatının 4-cü turunda “Petrokub”a qalib gələrək (2:1) liderliyə yüksəlib. Bu matçda "Şerif" əsasən ikinci heyətlə meydana çıxıb.

Oyundan sonra klubun saytına danışan italiyalı mütəxəssis bildirib ki, “Qarabağ”la qarşıdakı cavab matçı onlar üçün finala bərabərdir: “Bu, həm bizim, həm də rəqib üçün əhəmiyyətli oyundur. Kim udsa irəli gedəcək, uduzsa, turnirdən kənarlaşacaq. Bizim topa çox yaxşı nəzarət edən, sürətli hücumlar quran güclü rəqibimiz var. Diqqətli olmaq lazımdır. Bakıdakından pis çıxış etməməliyik. Cavab oyununda nəticəyə nail olmalıyıq. Çünki müəyyən üstünlüyümüz var”.

Xatırladaq ki, ÇL-in üçüncü təsnifat mərhələsinin "Şerif" - "Qarabağ" oyunu avqustun 1-i keçiriləcək. Bu komandaların Bakıdakı ilk matçı 0:0 hesabı ilə yekunlaşıb




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30