23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

"Simurq" - "Olimpiakos" matçının başlama saatı müəyyənləşdi

Təlim-məşq toplanışının üçüncü mərhələsinə start verən "Simurq", dünən hazırlığı iki məşqlə davam etdirib. Futbolxeber.az-ın məlumatına görə, Georgi Çixradzenin yetirmələri səhər hazırlığına fitness zalda başlayıb. İki qrupa bölünərək fiziki hazırlıq üzrə məşqçi Aleksandr Karakliçin rəhbərliyi altında müxtəlif tapşırıqları yerinə yetirən futbolçular, daha sonra məskunlaşdığı "Kayzer" otelinin meydançasında məşqi davam etdirib. Burada gürcü mütəxəssis yetirmələrini fiziki testdən keçirib. Sonda isə "kvadrat" və qapıya zərbələrlə səhər məşqi tamamlanıb.

Yeni mövsümə hazırlıq məqsədi ilə Avstriyada təlim məşqləri davam etdirən "Simurq", axşam saatlarında isə növbəti hazırlıq prosesinə çıxıb. Baş məşqçi Georgi Çixradzenin rəhbərliyi altında komandanın məşqi saat yarım davam etdi. Səhər hazırlığından fərqli olaraq bu dəfə Zaqatala təmsilçisi əsasən taktiki təmrinlərdən ibarət tapşırıqlar üzərində işlədi. Toplu çalışmalar isinmə hərəkətləri ilə başladı. Daha sonra komanda topu qısa məsafələrə ötürmə və iki qrup şəklində taktiki təmrinləri yerinə yetirdi. Məşq prosesi taktiki gedişlər və qapıya zərbələrlə davam etdi. Sonda isə ikitərəfli oyunla bu günlük hazırlıq tamamlandı.

Məşqçilər korpusunun hazırlıq çərçivəsində tərtib etdiyi intensiv məşq qrafiki bu gün də davam edəcək. İyulun 16-da isə "Simurq" Avstriya toplanışı çərçivəsində ilk yoldaşlıq görüşünə çıxacaq. Əvvəlcədən xəbər verdiyimiz kimi Zaqatala təmsilçisinin rəqibi Yunanıstanın "Olimpiakos" klubu olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30