24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Qurban Qurbanov: “0:0 pis nəticə deyil”

"Qarabağ" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda Moldovanın "Şerif" klubunu qəbul edib.

Futbolxeber.az saytının məlumatına görə, 0:0 hesabı ilə yekunlaşan görüşdən sonra keçirilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov əvvəlcə oyun barədə danışıb:

- Oyun gözlədiyimiz kimi oldu. Ağır olacağını bilirdik. Çempionlar Liqasında zəif rəqib yoxdu. Xeyli sayda qol imkanlarımız oldu. Təəssüf ki, alınmadı. Amma komandamın oyunundan razı qaldım. 0:0 hesabı pis nəticə deyil. Evdə qol buraxmamaq üstünlükdü. Cavab oyununa yaxşı hazırlaşacağıq. Azarkeşlərə təşəkkür edirəm. Çox istəyirdilər ki, qol görsünlər. Onların inamını doğrultmağa çalışacağıq.

- İlk hissədə cinahlardan hücumlar alınmırdı. Bu nə ilə bağlı idi?

- Dünən də demişdim ki, "Şerif" 3-4 fərqli sistemlə oynayır. Bu gün də bunun şahidi olduq. İlk hissədə daha hazırlıqlı idilər. Ona görə bizə çətinlik yaradırdılar. İlk hissədə rəqib nə qədər imkan verdisə, o qədər də oynaya bildik. "Şerif" nəticə baxımından istədiyini edə bildi.

- Yakub Jezniçakın zədəsi nə yerdədir?

- Məncə, ciddi bir şey yoxdu. Sadəcə, güclü zərbə aldı. Sabah həkimlər dəqiq məlumat verəcəklər.

- "Qarabağ" "Şerif"dən daha üstündü. Amma bəzi futbolçular tam hazır deyillər. Cavab oyununa qədər az vaxt qalıb. Bu müddətdə nəyisə dəyişmək olacaq?

- Öz proqramımız üzərində işləyirik. Hansı futbolçunun funksional hazırlığı aşağıdırsa, bunu düzəltməyə çalışacağıq. Oyundan oyuna komanda daha yaxşı olacaq.

- Cavab matçında "Qarabağ"dan necə oyun gözləyək?

- Heyətin necə olacağını indidən deyə bilmərəm. Kim hazır olsa, o da meydanda olacaq. Nəticə üçün bizə sərf edən oyunu oynayacağıq. Lazım olsa müdafiə olunacağılq, lazım olsa hücum edəcəyik. Bu oyunun gedişindən asılıdr.

- Gözlədiyiniz "Şerif"i meydanda gördüz?

- Bəli, hətta gözlədiyimdən daha aqressiv komanda gördüm. Bu gün rəqibi daha yaxşı tanıdıq.

- Cavab oyununda "Şerif"dən sürpriz gözləyirsiz?

- Sizin necə düşündüyünüzü bilmirəm. "Şerif" nəticəyə oynamağı bacaran komandadı. Biz müdafiədə oturanda hamıya qəribə gəlir. Amma "Şerif"in oyun üslübu elədir ki, 90 dəqiqə də müdafiə oluna bilərlər.

- Çempionlar Liqasında III mərhələ "Qarabağ" üçün həmişə uğursuz olur. Bu komandanın üzrəində təzyiq yaratmır?

- Xeyr. Belə düşünmürəm.

- Ağabala Ramazanovu gec meydana buraxmağınızın səbəbi nədi?

- Gec deyildi. Donald çox yoruldu. Ona görə də əvəzlədim.

- "Kukesi" ilə cavab oyunudakı "Şerif"lə, bugünkü "Şerif" arasında hansı fərqlər var?

- Şerif"in həm ev, həm də səfər oyununu izlmişdim. Albaniya səfərinə qalib kimi getmişdilər. Ona görə orada rahat oynayırdılar. Bu gün isə ilk oyun idi. Ona görə də bizə qarşı daha diqqətli və aqressiv oynadılar.

Mənbə: sportal.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30