28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“İkinci hissədə “Qarabağ” bizi qapımıza tərəf sıxmışdı”

“Çox çətin qarşılaşma oldu. İlk hissədə yaxşı oynasaq da, ikinci hissədə bunu bacarmadıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Moldovanın “Şerif” klubunun baş məşqçisi Roberto Bordin Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Qarabağ”la ilk oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

- İkinci hissədə “Qarabağ” bizi qapımıza tərəf sıxmışdı. Dünən də belə bir oyun olacağını demişdim. Azarkeşlərin təzyiqi nəticəsində oyun bizim üçün daha çətin oldu. Ancaq bundan daha yaxşı oynaya bilərdik.

- Bu oyunla hansı nəticəyə ümid edirsiniz?

- “Qarabağ”ın topla yaxşı oynadığını bilirdik. Buna görə də cinahları bağlamışdıq. Bizim əsas məqsədimiz əks-hücumda oynamaq idi. Səfərdə oynadığımız üçün bundan başqa oyun sərgiləyə bilməzdik.

- “Qarabağ”ın qapısına dəqiq zərbə vura bilmədiniz...

- Düşünürəm ki, “Qarabağ”ın qapısında təhlükəli epziodlar yaratmağı bacardıq. Amma ikinci hissədə hücum edə bilmədik və bunu normal qarşılayıram. Çünki rəqib cinahlardan hücumlar etməyə başlamışdı. Buna görə də müdafiə olunmalı idik.

Mənbə: qol.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31