19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

“Qəbələ”nin hədəfi qələbədir”

“Panatinaikos” klub kimi Avropada çox gözəl tarixə və ənənəyə malikdir. Mən belə böyük komanda ilə mübarizə aparacağımız üçün şadam".

Futbolxeber.az saytının qol.az-a istinadən verdiyi məlumata görə, bu sözləri "Qəbələ"nin futbolçusu Filip Ozobiç Avropa Liqasının üçüncü təsnifat mərhələsində "Panatinaikos"la ilk matç öncəsi Yunanıstan mətbuatına deyib.

26 yaşlı yarımmüdafiəçi çətin oyun olacağını bildirib: "Çünki "Panatinaikos" böyük hədəfləri olan klubdur. Rəqibin güclü azarkeş ordusu da var. Hansı ki, onlar komandalarına kömək etmək üçün tribunalarda maksimum dərəcədə dəstək verirlər. Bilirəm ki, Yunanıstanda hansısa komandaya qarşı oynamaq olduqca çətindir. Azarkeş dəstəyi sayəsində “Panatinaikos” futbolçuları oyuna yaxşı motivasiya ola bilirlər”.

Onun sözlərinə görə, Afinada ən yaxşı oyunu sərgiləməlidirlər: "Qələbə qazanmaq üçün maksimum gücümüzü ortaya qoymalıyıq. Bu, bizim hədəfimizdir və çətin olacağını dərk edirik".

F.Ozobiç deyib ki, bütün çətinliklərə baxmayaraq,  növbəti mərhələyə vəsiqə qazana bilərlər: "Bundan öncəki rəqibimiz “Yagelloniya” da yaxşı komanda idi. Ancaq “Panatinaikos”un onlardan daha güclü olduğuna şübhə yoxdur. Növbəti mərhələyə keçmək üçün yaxşı şansımız var".

Qeyd edək ki, "Panatinaikos" - "Qəbələ" görüşü iyulun 27-i Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Bu komandalar arasında Bakıda keçiriləcək cavab görüşünə avqustun 3-ü saat 21:00-da start veriləcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30