16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

"Şerif"in baş məşqçisi: "Heç-heçə də bizi qane edəcək"

Moldovanın Şerif” klubunun baş məşqçisi Roberto Bordin Çempionlar Liqasının III təsnifat mərhələsində  “Qarabağ"la ilk oyun öncəsi  Bakıda mətbuat konfransı keçirib.

Futbolxeber.az saytının məlumatına görə, italiyalı mütəxəssis əvvəlcə matç barədə fikirlərini bildirib.

- Bizi çətin oyun gözləyir. “Qarabağ”ın güclü rəqib olduğunu bilirik. Bununla belə, düşünürəm ki, maraqlı matç olacaq

- “Qarabağ”ı cütün favoriti saymaq olar?

- İlk oyunu evdə oynamağı “Qarabağ”ın üstünlüyüdür. Bakıda heç-heçə oynamaq də bizi qane edəcək.

- Rəqibiniz barədə nə deyə bilərsiniz?

- "Qarabağ" çox güclü komandadır. Topla oynamağı yaxşı bacarırlar. Oyunçuları fərdi şəkildə qeyd etmək istəməzdim.

- Rəqibə sürpriziniz var?

- Sürprizlər deyilmir. Bunu sabah görəcəyik (gülür).

- Bura gələn komandalar əsasən, havanın isti olmasından şikayətlənir. Siz necə, burdakı havadan razısınız?

- Tiraspolda da isti havada oynayırıq. Belə olsa, hər iki komanda üçün çətinlik yarada bilər. Bildiyimiz qədər sabah hava küləkli olmalıdır.

- Ölkə çempionatının sonuncu turunda heç-heçə etməyiniz bu matça mənfi təsir edəcək?

- Son dəqiqələrdə qol buraxdıq. Lakin bu “Qarabağ”la oyuna təsir göstərməyəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30