28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Qurbanov: “Şerif”i keçsək...”

“Sabah çox vacib oyuna çıxacağıq. Hazırlıq üçün vaxtımız az olub. Rəqibi futbolçulara tanıtmağa çalışdıq. “Şerif”in yaxşı heyəti var”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində sabah Bakıda “Şerif”lə keçiriləcək oyun üçün təşkil olunan mətbuat konfransında deyib.

- Heyətlə bağlı problemləriniz var?

- Rəşadla Dani oynaya bilməyəcək. Hər ikisi komandaya qoşulsa da, ancaq fərdi məşqlər edirlər. Ümumilikdə elə bir ciddi problemimiz yoxdu. Bildiyiniz oyunçulardı. Abbas Hüseynov da artıq komanda ilə məşqlərə başlayıb.

- Əksəriyyət düşünür ki, “Qarabağ” “Şerif”i asanlıqla keçəcək.

- Bir tərəfdən bu fikirdə olanlara minnətdaram. Onlar bizə güvəndikləri üçün belə düşünürlər. Bəzi rəqiblərimizlə bağlı bu fikirlərini səsləndirirlər. Biz həmişə ehtiyatlı davranırıq. Çünki rəqib də bizi təhlil edir. ÇL-in 3-cü təsnifat mərhələsi daha vacibdir. Çünki bu mərhələni adlayan komanda Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edir. “Şerif”in 7 yeni oyunçusu var ki, kifayət qədər yaxşı transferdir. Bizim üçün asan rəqib deyil. Asan olsa belə, ehtiyatı əldən verməli deyilik. Onların da fikri mərhələni keçməkdir. Məncə, bizim üçün ağır oyunlardan biri olacaq.

- Bu gün hamı “Qarabağ”dan Çempionlar Liqasının qrup mərhələsini tələb edir. Bu amil futbolçulara psixoloji cəhətdən necə təsir edir?

- Bunun müsbət və mənfi tərəfləri var. Futbolda daim qarşındakı oyunu düşünməlisən. Bu gün Çempionlar Liqasının qrupunu düşünsək, yanılmış olarıq. Futbolçular psixoloji təzyiq altında olar. Hər oyunda komandanı qələbəyə kökləməyə çalışırıq. Qrupa düşmək üçün hələ 2 mərhələ keçmək lazımdır. Bu rəqibi keçdikdən sonra o barədə fikirləşə bilərik. Özümüzü aldatmayaq. Çempionlar Liqası elə-belə turnir deyil.

- Bir vaxtlar ÇL-in üçüncə təsnifar mərhələsində rəqibləriniz olmuş “Zalsburq” və “Viktoriya” ilə “Şerif”i necə müqayisə edərdiniz?

- Heç vaxt belə müqayisə etmək istəmirəm. “Viktoriya” ilə Bakıdakı matçda bir neçə qol şansından istifadə edə bilməmişdik. Rəqibdən zəif deyildik. Ancaq sona yaxın bir epizod yaradıb qol vurdular. Hər komandanın öz çətinliyi var. “Şerif” hər matçda 3 dəfə sistemi dəyişir. Fərqli dəyişikliklər edirlər. Sabah meydanda onları tam dəqiq tanıyacağıq. Oyunun gedişində bizim də bir neçə variantımız olacaq.

- Sabah qapını kimə həvalə edəcəksiniz?

- Mən oyundan öncə heyət barədə danışmağı xoşlamıram. Heyəti müəyyənləşdirmişəm və problem olmasa, düşündüyüm oyunçuları meydana buraxacağam.

- Mərhələ adlayacağınız təqdirdə yeni transferlər gözlənilir?

- Transferlərimizin mərhələ adlamaqla əlaqəsi yoxdur. İlk transferlərimiz də oyuna 4-5 gün qalmış reallaşmışdı. Bu gün də transfer işlərimiz davam edir. Hər il 4-5 oyunçunu dəyişməyi xoşlamıram. Ola bilər ki, kimdəsə səhv edirik. Amma düşüncəmizə uyğun oyunçular almağa çalışırıq.

- Son oyunlarda Mahir Mədətov özünü yaxşı tərəfdən göstərə bilmir. Ümumiyyətlə, hansı mövqeyə futbolçu axtarırsınız?

- Hücumçu mövqeyinə futbolçu axtarırıq. Amma bunun Mahirin oyunu ilə heç bir əlaqəsi yoxdur. Çünki Mahir son zamanlar özünü ən yaxşı tərəfdən göstərməyi bacarır və onun çıxışı mənim ürəyimcədir. Alternativli heyət düzəltmək istəyirik. Çünki sabah kimsə zədələnə, cəzalana bilər.

- Əyalət klubu olan “Qəbələ” heyətinə bir neçə legioner cəlb edib. Bəs, “Qarabağ” niyə çoxsaylı futbolçu ilə güclənə bilmir?

- Səhv etmirəmsə, “Qəbələ”ni 9-10 futbolçu tərk edib. Amma bizdə vəziyyət fərqlidir. Əgər bizə 10 futbolçu lazım olsaydı, bəlkə də tapardıq. Hər mövqeyə oyunçu lazım olanda bir qədər asan olur. “Barselona” da transferlərdə çətinlik çəkir. Məsələyə fərqli yanaşmaq lazımdır. Komandanı gücləndirəcək oyunçudusa, pulunu artıqlaması ilə da ödəyib gətirərik.

- Rəşad Sadıqov sıraya döndükdən sonra Jezniçakla onun arasında seçim etməkdə çətinlik çəkməyəcəksiniz?

- Təki hamısı sağlam olsun.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31